Icma.az
close
up
RU
Məşhur brendin kəklikotusu zərərli çıxdı

Məşhur brendin kəklikotusu zərərli çıxdı

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Fransada məşhur "Carrefour" marketlər şəbəkəsinin satdığı kəklikotu məhsulunda normadan artıq pestisid qalıqları aşkarlanıb. Məhsul dərhal satışdan yığışdırılıb və istehlakçılara geri qaytarmaları üçün çağrılış edilib. Bu hadisə oxşar məhsulların digər ölkələrin bazarlarında da təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Məsələ ilə bağlı Metbuat.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Asim Vəli, xüsusilə qurudulmuş ədviyyatların yüksək risk daşıdığını və istehlakçıların ehtiyatlı olmalı olduğunu bildirib:

“Ədviyyatlar, xüsusilə də kəklikotu, nanə, qara istiot kimi məhsullar yüksək riskli qida qruplarına aiddir. Çünki bu məhsullar qurudulmuş və üyüdülmüş formada olduğuna görə çirklənməni gizlətmək daha asandır”.

Onun sözlərinə görə, Fransada məşhur “Carrefour” marketlər şəbəkəsinin satışa çıxardığı “Carrefour Classic kəklikotu 18 qram” adlı məhsulda normadan artıq pestisid qalıqları aşkarlanması bir daha sübut edir ki, brend olmaq təhlükəsizlik zəmanəti deyil.

Ekspert qeyd edir ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir. Həm yerli istehsal, həm də idxal olunan ədviyyat məhsulları, o cümlədən kəklikotu risk əsaslı nəzarət planı çərçivəsində mütəmadi olaraq laborator analizlərə cəlb olunur.

“Lakin bu yoxlamalar bütün bazarı əhatə etmir, yalnız partiya əsaslı şəkildə həyata keçirilir. Bu da o deməkdir ki, bazarda olan bütün məhsullar yox, risk qrupuna daxil olan müəyyən partiyalar analizlərə yönləndirilir. İdxal edilən ədviyyatlar ölkəyə daxil olarkən gömrük və AQTA nəzarətindən keçir. Proses mərhələli şəkildə aparılır. Əvvəlcə sənədlərin yoxlanılması, daha sonra vizual və fiziki baxış, ardınca isə seçmə üsulu ilə nümunələrin götürülməsi və laborator analizlər. Bu analizlər zamanı məhsullarda pestisid qalıqları, mikotoksinlər, ağır metallar və mikrobioloji göstəricilər yoxlanılır. Əgər məhsul tələblərə cavab verməzsə, satışa buraxılmır. Ədviyyat məhsullarının qurudulmuş və üyüdülmüş formada olması onların tərkibindəki çirklənməni aşkarlamağı çətinləşdirir. İstehsal və saxlama zamanı bəzi hallarda müxtəlif kimyəvi maddələrdən istifadə olunur. Hətta məhsulun rəngini və qoxusunu qorumaq üçün süni qatqı maddələri də əlavə edilə bilər. Bu da sağlamlıq üçün risk yaradır. Ədviyyat məhsulu alarkən etiketləri diqqətlə oxuyun. Tanımadığınız və ya şübhəli məhsullardan uzaq durun. Əgər dad, qoxu və rəngdə qəribəlik hiss edirsinizsə, məhsulu istifadə etməyin. Zəruri hallarda müvafiq qurumlara məlumat verin”, - A.Vəli əlavə edib.

Ülkər Cəllzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 İyul 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri