Icma.az
close
up
RU
Məşhur cüdoçunun atası nazirdən nə istəyir? Hava limanında qalmaqal və...

Məşhur cüdoçunun atası nazirdən nə istəyir? Hava limanında qalmaqal və...

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Ölkəni beynəlxalq yarışlarda təmsil edən, 4 yaşından idmanla məşğul olan Şamil Tuncay Zəfər oğlunun Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən haqsız şəkildə milli komandadan uzaqlaşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a şikayət ünvanlayan Tuncay Şamilin atası Zəfər Şamilov deyib.

O, məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Z.Şamilovun sözlərin görə, iyulun 31-də Makedoniyaya yarışa gedərkən oğlu Tuncayla komandanın digər üzvü Aslan Kotsoyev arasında kiçik mübahisə yaranıb: “Kotsoyev Tuncaya qarşı fiziki şiddət göstərib, güc tətbiq edib və hadisə hava limanının müşahidə kameralarında lentə alınıb. Bütün bu sübutlara baxmayaraq, Cüdo Federasiyasının rəsmiləri Kotsoyev barəsində heç bir tədbir görmədən günahsız oğlumu komandadan uzaqlaşdırma qərarını verdilər. Federasiya rəsmiləri tərəfindən mənə dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib. Qeyd edim ki, 22 iyunda Berlində keçirilən beynəlxalq yarışda oğlum Tuncay Aslan Kotsoyevi məğlub edib və həmin tarixdən Kotsoyev oğluma qarşı kinli münasibət sərgiləməkdədir. Bu qalibiyyət hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməmişdi və həmin arenada oğluma qarşı soyuq münasibət göstərmişdi”.

Z.Şamilov əlavə edib ki, Federasiyada bundan öncə idmançılar Əliyev Eldar və Qarayev Fərid (Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşaviri Natiq Bağırovun tələbəsidir) arasında ciddi insident baş verib: “Hər ikisi barəsində 3 ay komandadan uzaqlaşma qərarı qəbul edilmişdi və hazırda hər ikisi komandanın üzvüdür. Elə bu hadisə də sübutdur ki, Federasiya yaranmış vəziyyətləri obyektiv dəyərləndirmir və hansısa maraqlara xidmət edir. Çox güman ki, baş verən hadisələr barədə Federasiya Prezidentinə həqiqətlər təhrif edilmiş şəkildə məruzə edilir. Oğluma qarşı edilən haqsızlığın araşdırılmasını, ədalətin bərqərar olunmasını tələb edirəm”.

Baş verənlərlə bağlı Pravda.az Azərbaycan Cüdo Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova ilə əlaqə saxlayıb. Ü.Abbasova məsələ araşdırıldıqdan sonra mövqe bildiriləcəyini desə də, hələ ki, Federasiya tərəfindən heç bir mövqe bildirilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Avqust 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see140

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see125

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri