Icma.az
close
up
RU
Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir...

Məşhur deputatın ailəsinə 2.5 milyonluq zərbə! Əmlakları əldən gedir...

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ziraat Bank Azərbaycan” ASC Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxınlarına qarşı məhkəməyə müraciət edib. 

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, iş üzrə cavabdehlər qismində “Lerik Broyler” MMC, həmçinin Nərimanlı Orxan Çingiz oğlu, Nərimanlı Nəriman Nəriman oğlu, Məmmədova Məlakət Xankişi qızı və Məmmədov Çingiz Nəriman oğlu yer alır.

Bank cavabdehlərdən ümumilikdə 1 milyon 813 min 068 manat və 394 min 573 dollar tutulmasını tələb edir. Dollarla olan məbləğ də nəzərə alındıqda, tələb olunan borcun ümumi həcmi təxminən 2,5 milyon manata çatır. pizza hut

Bankın iddiasına görə, tələb olunan məbləğ “Lerik Broyler” MMC ilə bağlanmış kredit müqavilələri üzrə yaranan borclardan ibarətdir.

Belə ki, tərəflər arasında 7 mart 2023-cü ildə 3 milyon manat məbləğində Baş Kredit Müqaviləsi bağlanıb. Həmin müqavilə çərçivəsində “Lerik Broyler” MMC-yə müxtəlif tarixlərdə 400 min manat, 100 min dollar, 510 min dollar, 34 min dollar, 850 min manat, 36 min 160 manat 93 qəpik, 350 min 005 manat və 371 min 843 manat məbləğində kreditlərin verilməsi razılaşdırılıb.

Bank iddia edir ki, bu kreditlər üzrə cavabdehlərin 1,8 milyon manat və 394 min dollardan artıq borcu yaranıb.

Bank borcun tutulması ilə yanaşı, tələbin ipoteka predmetlərinə yönəldilməsini də istəyir. İpotekaya qoyulan əmlakların ümumi ilkin bazar dəyəri 4 milyon 550 min manat təşkil edir.

İpotekaya qoyulan əmlaklar bunlardır:

“Lerik Broyler” MMC-yə məxsus Lerik rayonu, Piran kəndində yerləşən 1,18 hektar torpaq sahəsi və 4 427,7 kv.m-lik əmlak kompleksi - ilkin bazar dəyəri 2 milyon manat;

Məmmədova Məlakət Xankişi qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 19 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi - ilkin bazar dəyəri 1 milyon 600 min manat;

Nərimanlı Orxan Çingiz oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən 222 kv.m qeyri-yaşayış sahəsi - ilkin bazar dəyəri 800 min manat;

Məmmədov Çingiz Nəriman oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 49,3 kv.m mənzil - ilkin bazar dəyəri 150 min manat.

Sözügedən əmlaklar 7 mart 2023-cü il tarixli Baş Kredit Müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış əlavə razılaşmalar üzrə öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka ilə yüklənib.

Bank həmin əmlakların açıq hərracda satılmasını, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb edir. Satışdan əldə olunan vəsait borcun tam bağlanmasına kifayət etməzsə, qalıq məbləğin cavabdehlərdən müştərək qaydada tutulması istənilir.

Bank həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 62,72 manat dövlət rüsumunun, 314 manat xidmət haqqının, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 2 032,11 manat dövlət rüsumunun və 10,16 manat komissiya haqqının da cavabdehlərdən tutulmasını tələb edir.

Məhkəmə bankın tələb etdiyi 1 milyon 813 min manat və 394 min dollarlıq borcun məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Eyni zamanda, ipoteka predmeti olan əmlakların real bazar qiyməti və likvid dəyəri də qiymətləndiriləcək. Ekspertiza başa çatana qədər iş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, “Lerik Broyler” MMC keçmiş deputat İqbal Məmmədova məxsus olduğu bildirilir. Şirkət ötən ilin sonu, bu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Hazırda Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, "Lerik Broyler" MMC-nin 291 min 31 manat vergi borcu var.

Məhkəmə işində adları keçən Məmmədov Çingiz Nəriman oğlu İ.Məmmədovun qardaşı, Nərimanlı Orxan Çingiz oğlu isə keçmiş deputatın qardaşı oğludur.

Xatırladaq ki, keçmiş deputat İqbal Məmmədovun adı daha əvvəl də bir sıra rezonanslı hadisələrdə və iri biznes strukturları ilə bağlı xəbərlərdə hallanıb. O, uzun illər Lerikdə fəaliyyət göstərən “Relax” İstirahət Mərkəzi və “Kaspi Yıldız” şirkəti ilə də əlaqələndirilib.

2017-ci ildə Lerik rayonunun “Lerik Broyler” quşçuluq müəssisəsində baş vermiş partlayış ölkə gündəminə çevrilmişdi. 2019-cu ildə Lerikdə yerləşən “Relax” İstirahət Mərkəzində vergi əməkdaşları ilə baş vermiş insident ölkə gündəminin əsas mövzularından biri olmuşdu. Həmin hadisə ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlının adları cinayət işində keçmişdi.

İ.Məmmədovun adı həmçinin milyonlarla manat vergi borcu ilə gündəmə gələn “Kaspi Yıldız” şirkəti ilə bağlı xəbərlərdə də hallanıb. Müxtəlif dövrlərdə şirkətin dövlət büdcəsinə milyonlarla manat həcmində vergi borcunun olduğu açıqlanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyun 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri