Məşhur Faladdin tətbiqinin sahibinin əmlakları müsadirə edildi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Türkiyədə milyonlarla istifadəçisi olan "Faladdin" və "Binnaz" tətbiqlərinin sahibi Sertaç Taşdelenin bütün əmlakı müsadirə edilib.
Bu barədə Oxu.Az "Milliyet"ə istinadən xəbər verir.
Məlumata görə, Sertaç Taşdelenin sahibi olduğu "Faladdin" və "Binnaz" vasitəsilə internet saytlarında falçılıq edərək cinayət yolu ilə gəlir əldə etdiyi iddia olunub və barəsində Türkiyə Respublikası Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.
İstintaq çərçivəsində onun fal, astrologiya, mediumluq, ulduz xəritəsi kimi xidmətlərə görə ödəniş aldığı və bu üsulla əldə etdiyi gəlirləri xaricə köçürdüyü müəyyən edilib. Bu səbəbdən də Sertaç Taşdelenin bank hesabları, nəqliyyat vasitələri və şirkət payları da daxil olmaqla, bütün əmlakının müsadirəsinə qərar verilib.
Prokurorluq istintaqın bütün istiqamətlər üzrə ciddi şəkildə davam etdiyini və nəticələrin ictimaiyyətə açıqlanacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















