Məşhur Ferrari filminin prodüseri Tramp haqqında film çəkəcək: 100 milyon dollar axtarır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Prodüser Andrea İervolino ABŞ Prezidenti Donald Tramp haqqında film hazırlamaq üçün potensial tərəfdaşlar axtarır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Deadline" nəşri məlumat verib.
Məlumata görə, İervolino layihəyə böyük büdcə - təxminən 100 milyon dollar cəlb etməyi planlaşdırır. Aktyorlar hələ müəyyən edilməyiblər, lakin çəkilişlərin 2025-ci ilin sonunda ABŞ-də başlaması nəzərdə tutulur.
İervolino qarşıdan gələn layihəni "ABŞ-nin 45-ci və 47-ci prezidenti, maqnat, televiziya ikonası Donald Trampın həyatı və irsi haqqında bioqrafik film" kimi xarakterizə edib. O qeyd edib ki, Trampın müasir dövrə təsiri "danılmazdır".
Bildirək ki, Andrea İervolino opera müğənnisi Andrea Boçelli haqqında "Səssizliyin musiqisi" və "Ferrari" kimi biopikləri çəkib. O həmçinin III Con Pol Qettinin oğurlanmasından bəhs edən və baş rollarını Al Paçino və Keti Holmsun oynacayağı "Əsir" filmi üzərində də işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 May 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















