Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp” və "My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb.

Nəticədə müalicəsizlikdən ölən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir.

Son prosesdə zərərçəkmiş qismində Faiq Nəcəfov ifadə verib.

Deyib ki, övladı talassemiya xəstəsidir, eşidib ki, bu xəstələri müalicəyə göndərən şirkət var:

"Aynur xanımın nömrəsini verdilər, dedilər ki, onunla əlaqə saxla. Nömrəni yoldaşıma verdim, o da danışdı. Aynur xanım dedi ki, yaxşı həkimlər var, müalicə edilər. Bizə hesab göndərdilər. Dedilər ki, müalicə üçün 10 min dollar pul lazımdır. Bunu bizə Aynur xanım dedi. Əvvəlcə 3 min manatı "Çinar Plaza”da verdik. Nuridə xanımı oarada gördüm. Dedilər, şirkətin rəhbəridir. Biz 3 min manat verdik. Qalan 7 min dolları sponsor ödəyəcəkdi. Amma sponsorun adını demədilər, dedilər ki, xeyirxah işlər görür. Sonra 2500 manat verdim. Pulu Nuridə aparatda saydı, götürdü”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin dekabrın 7-də uşağı Türkiyəyə müalicəyə göndərəcəkdilər:

"Amma sonra səs çıxmadı. Gördük ki, bunlar işi uzadırlar. Mən Aynur xanımla əlaqə saxladım. Dedi ki, Nuridədən ayrılıb, onunla əlaqəsi yoxdur. Mənə dedilər ki, şikayətçi çoxdur. Mən də Nərimanovda ofisdə ərizə yazdım, vəd verdilər ki, 15 iş gününə pul qayıdacaq. Nuridə xanım dedi ki, ərizə yaz, pulunu geri qaytaracaqlar. Mən də ofisdə Aysel xanımın yanında ərizə yazmışdım. Sonra eşitdim ki, Nuridə həbs olunub. Mən şikayətçi kimi istintaqa cəlb olundum”.

Zərərçəkmiş bildirib ki, pulun ödənilməsi ilə bağlı ona müqavilə verilib, amma pulun ödəndiyini təsdiq edən çek verilməyib.

Zərərçəkmiş deyib ki, Aynur Bayramova ona köməklik göstərəcəyini vəd edib. Pulu Nuridə və Aynurun yanında stolun üstünə qoyub. Daha sonra zərərçəkmiş Kamil Əhmədov ifadə verib. O bildirib ki, həyat yoldaşı qaraciyər xəstəliyindən əziyyət çəkir. Zaur Baxşəliyevin verilişinə çıxandan sonra müalicə olunub:

"Daha sonra "Gömrük” hospitalda Mircəlal Kazimi həkimlə görüşdük. Yoxladıqdan sonra dedi ki, qaraciyərin transplantasiyası üçün 46 min manat xərci var. Buna pulumuz çatmadı. Bir qədər sonra Mircəlal həkim mənə dedi ki, bir xanım var, bu işlərin xeyriyyəçiliyilə məşğul olur. Telefonu alıb Aysel xanımla danışdım. Dedi ki, xərcin yarısını, 23 min manatını ödəməlisiz. Mən də razılaşdım, pulu düzəltdim, apardım. Bu proseslərə gedən zaman yoldaşımın səhhəti pisləşdi. Tez-tez komaya düşürdü. Hər dəfə 1500 manat xərcim çıxırdı. Gördüm ki, bir iş görmürlər, pulumu istədim. Dedilər ki, pulu bir aya qaytara bilərlər. Həmin vaxtdan pulu bu günə, sabaha verəcəm dedilər. Aysel xanım məni Nuridə ilə əlaqələndirdi. O da dedi ki, bunların rəisi mənəm, pulu qaytaracam. Amma yenə qaytarmadılar. Sonradan eşitdim ki, həbs olunublar. Ayselin dayısı pulun 10 min manatını ödəyib, qalan pulu da tələb edirəm. Mən Ayseli tanıyıram, pulu da ondan tələb edirəm”.

Təqsirləndirilən Aysel Məmmədova deyib ki, zərərçəkmişdən aldığı 23 min manatın həmin gün axşam Nuridə Seyidovaya çatdırılması üçün onun sürücüsü Füzuliyə verib.

Nuridə Seyidova isə bildirib ki, ona 23 min manat çatmayıb.

Zərərçəkmiş qeyd edib ki, Mircəlal həkim ona bu qadınları xeyriyyəçi kimi təqdim edib:

"Mən də sonradan Mircəlal həkimə dedim ki, doktor, bu şəxslər pulu kassaya ödəmədilər. O da dedi ki, proses belədir, onlar pulu hospitalın hesabına ödəyəcək”.

Aysel Məmmədova isə bildirib ki, Nuridə Seyidovanın tapşırıqlarını icra edib. Əlavə edib ki, pul Nuridə Seyidovaya çatmayıbsa, pulu sürücü götürüb. Zərərçəkmiş Lamiyyə Hüseynova da ifadə verib, aldadıldığını bildirib.

Xatırladaq ki, ötən proseslərdən birində hakim Dövlət Gömrük Komitəsinin Tibb xidmətindən məhkəmənin sorğusuna cavab verildiyini açıqlamışdı. Hakim demişdi ki, niyəsə istintaq orqanı transplantasiya məsələsini araşdırmayıb:

"Məktubda Mircəlal Kaziminin həyata keçirdiyi əməliyyatlar və göstərilən digər tibbi xidmətlərə görə şirkətin 245 min 265 manat borcu qalıb. Burada əməliyyat olunan şəxslərin adları da məktubda əksinin tapıb. Bunlar Becanov Namiq, Əsimova Rita, Mikayılova Şölə Kazımova Aynurə və digərləridir”.

Hakim Nuridə Seyidovadan soruşmuşdu ki, hansı əməliyyatlardan söhbət getdiyini xəbər almışdı. Müttəhim demişdi ki, söhbət qaraciyər və ya böyrək transplantasiyası əməliyyatlarından gedə bilərdi. O da məlum olmuşdu ki, talassemiya xəstələri üçün yığılan 35 min manat "Bona Dea” xəstəxanasında başqa xəstələr üçün sərf olunub.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza”dakı ofisdə alıb.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti proses yanvarın 22-də keçiriləcək.

///Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri