Məşhur insayder Harri Keynin “Barselona”ya transferi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Məşhur futbol insayderi Fabritsio Romano İngiltərə yığmasının kapitanı Harri Keynin Münhenin “Bavariya” klubundan mümkün gedişi ilə bağlı yayılan xəbərləri şərh edib.
İdman.Biz xəbər verir ki, insayder bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Romanonun məlumatına görə, hücumçu Almaniya klubundakı vəziyyətindən razıdır. O, mediada mütəmadi yayılan transfer şayiələrinə diqqət ayırmaq niyyətində deyil.
Mənbə bildirir ki, katalon klubuna mümkün keçid və ya digər variantları dəyərləndirməzdən əvvəl Keyn yeni müqavilənin şərtləri ilə bağlı “Bavariya” rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.
Harri Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Nüfuzlu “Transfermarkt” portalının məlumatına əsasən, onun təxmini bazar dəyəri 75 milyon avrodur.
Baxış sayı:69
Bu xəbər 22 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















