Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Dünyaca məşhur küçə rəssamı Benksinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz simvolu olan "Keep Ou T" adlı məşhur instalyasiyası Londonda hərraca təqdim olunur.
Kulis.az xəbər verir ki, əsər keçiriləcək Modern və Müasir İncəsənət Auksionundan əvvəl nümayiş etdirilməyə başlayıb.
Hitrou hava limanının qapısından sökülmüş metal jalüz üzərində hazırlanan əsərdə "KEEP OUT" (Giriş qadağandır) yazısındakı "T" hərfinin qopduğu və Benksinin imza simvolu sayılan siçovulun bu hərflə qapıdakı qıfılı açmağa çalışdığı təsvir olunub.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq hərracda sənət əsərinin 1,2–1,8 milyon funt-sterlinq (təxminən 1,4–2,1 milyon avro) qiymətinə alıcı tapacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Roy Lixtenşteynin illərlə gizli qaln məşhur əsəri hərraca çıxarılır
30 Aprel 2026 11:41
Bakıdakı məşhur biznes mərkəzi hərraca çıxarılır
03 Dekabr 2024 15:37
Məşhur Chevrolet Impala onlayn hərraca çıxarılır…
20 Oktyabr 2025 23:26
Şahzadə Diananın məşhur çantası bu qiymətə hərraca çıxarılır
07 İyun 2025 22:41
Baxış sayı:65
Bu xəbər 29 Sentyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















