Icma.az
close
up
RU
Məşhur mebel şirkəti müştəriləri izlədiyinə görə 1,5 milyon cərimə ödəyə bilər

Məşhur mebel şirkəti müştəriləri izlədiyinə görə 1,5 milyon cərimə ödəyə bilər

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vyanadakı IKEA filialında kameralar müştəriləri, o cümlədən kartla ödəniş edənləri və hətta PIN kodunu daxil etmələrini gizli şəkildə lentə alıb. İndi bu, şirkətə ən azı 1,5 milyon avroya başa gələ bilər.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, məhkəmə məlumatların qorunması qanununun ən azı 30 dəfə pozulduğunu müəyyən edib.

IKEA müştəriləri bəzən üzləri bulanıqlaşdırılmadan lentə alınıb, bir kamera isə müştəriləri və onların kart PIN kodlarını 72 saat saxlayaraq qeyd edib. Altı başqa kamera qanuni əsası olmadan müəyyən sahələrə yönəldilib, yeddi kameranın baxış bucağı isə həddən artıq geniş olub - nəzərdə tutulduğu kimi qarın təmizlənməsinə nəzarət üçün deyil, elə ki, videoqeydə kənar şəxslər də düşüb.

Proses zamanı IKEA günahı təhlükəsizlik şöbəsinin keçmiş işçisinin üzərinə atıb. Lakin məhkəmə qeyd edib ki, həmin şəxs texniki cəhətdən belə hərəkətləri həyata keçirə bilməzdi. Qərar verilib ki, məlumatların qorunması qanununun pozulması faktı mövcuddur.

Buna baxmayaraq, IKEA qərarın əleyhinə apellyasiya etmək niyyətindədir. Avstriyadakı şirkət nümayəndələri əlavə ediblər ki, sistem şəxsi məlumatları emal etmir: qeydə alınmış üzlər və ya PIN kodları guya seçilmirdi və heç kim ziyan görmədiyi üçün cərimə "tamamilə əsassız"dır.

Məhkəmə isə fərqli qiymətləndirib: 2022-ci ilin mart-may ayları arasında minlərlə insan, o cümlədən tramvay və metro sərnişinləri aydın şəkildə kameraya çəkilib, çünki kameralar təkcə mağazanın ərazisini deyil, həm də vağzal ətrafındaki ictimai sahələri əhatə edib.

Məhkəmə IKEA-nın araşdırma orqanları ilə əməkdaşlıq etməsini və kameraların sökülməsini yumşaldıcı şərt kimi qiymətləndirib. Çoxmilyonlu cərimə hələlik qüvvədə qalır, lakin oğurluq və vandalizm səbəbindən IKEA video müşahidəni ləğv etmək niyyətində deyil.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri