Məşhur musiqiçi ailəsi ilə birlikdə güllələndi DETALLAR
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Meksikada məşhur musiqiçi Conatan Melendez, hamilə həyat yoldaşı və üç yaşlı qızı qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı ailənin 21 yaşlı ev işçisi də öldürülüb, ailənin iti isə pəncələri bağlı vəziyyətdə ölü tapılıb.
Altı yaşlı oğlan uşağı isə hadisədən sağ çıxıb.
Meksika hakimiyyətinin məlumatına görə, qurbanlardan üçü başından, biri isə kürəyindən güllələnib. Melendez və həyat yoldaşı əlləri bağlı vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı sentyabrın 2-də iki şübhəli saxlanılıb. Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfukun sözlərinə görə, saxlanılan şəxslərdən biri Melendezlə işgüzar münasibətdə olub və həmin şəxsin qurbanla olan etimad münasibətindən istifadə edərək evə daxil olduğu bildirilir.
Hazırda istintaq davam edir və cinayətin dəqiq motivi araşdırılır.
Qeyd edək ki, 38 yaşlı Conatan Melendez Meksikanın məşhur indie-rok qrupu "Camilo Séptimo"nun bəstəkarı və prodüseri olub.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 03 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















