Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı FOTOLAR
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvanda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 2019-cu il təvəllüdlü Elmir Qurbanov velosiped sürərkən su kanalına düşüb və gözdən itib.
Aparılan axtarışlar nəticəsində uşaq sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Elmir Qurbanov Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Cahangir Qurbanovun oğludur.
Qeyd edək ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin I sinif şagirdi olan Elmir Qurbanovun ötən gün itkin düşdüyü bildirilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 07 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















