Məşhur restoran şəbəkəsi Metroparka gəlir
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
“Shaurma №1” restoranlar şəbəkəsi Bakı şəhərində yeni məkanını istifadəyə verməyə hazırlaşır.
Marja.az xəbər verir ki, şəbəkənin növbəti restoranı “Metropark” Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərəcək.
Şirkət sosial şəbəkə hesabında “Yeni məkan, tanış ləzzət!” mesajı ilə restoranın yaxın zamanda açılacağını elan edib. Açılışın dəqiq tarixi hələ açıqlanmayıb.
Yeni restoranın açılması “Shaurma №1” şəbəkəsinin paytaxtdakı fəaliyyət coğrafiyasını genişləndirməsinə və yüksək ziyarətçi axını olan ticarət mərkəzlərində mövqeyini gücləndirməsinə xidmət edəcək.
Qeyd edək ki, bir müddət öncə “Shaurma №1” restoranlar şəbəkəsinin Nərimanov rayonunda yeni filialını istifadəyə verilib. Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində fəaliyyətə başlayan yeni restoran “Shaurma №1” şəbəkəsinin 31-ci filialıdır. Şirkətin məlumatına görə, 28-ci fəaliyyət ilində istifadəyə verilən bu filial “Shaurma №1” sevənlər üçün paytaxtda daha bir yeni ünvan olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Sentyabr 2026 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















