Icma.az
close
up
RU
Məşhur rusiyalı bəstəkar vəfat edib: Külü arvadı Plisetskaya ilə birlikdə Rusiya üzərinə səpələnəcək

Məşhur rusiyalı bəstəkar vəfat edib: Külü arvadı Plisetskaya ilə birlikdə Rusiya üzərinə səpələnəcək

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur rusiyalı bəstəkar, SSRİ xalq artisti Rodion Şedrin Almaniyada 93 yaşında vəfat edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Mariinski Teatrı "VKontakte" səhifəsində məlumat verib.

"Ötən gecə, 93 yaşında zəmanəmizin ən böyük dahisi, dünya klassiki Rodion Konstantinoviç Şedrin vəfat etdi", - deyə məlumatda bildirilib.

Şedrin 20-ci əsrin ikinci yarısının ən məşhur bəstəkarlarından biridir, əsərlərinin əksəriyyəti klassiklərin - Nikolay Qoqol, Anton Çexov, Lev Tolstoy, Vladimir Nabokov, Nikolay Leskov və başqalarının süjetləri üzərində yazılıb. O, Böyük Teatrda premyeraları keçirilmiş "Balaca donqarlı at", "Karmen süitası", "Anna Karenina", "Qağayı", "İtlə xanım" baletlərinin, həmçinin "Lolita", "Sehrlənmiş səyahətçi", "Boyarınya Morozova", "Solaxay", "Milad nağılı" operalarının müəllifidir.

O, ümumilikdə yüzdən çox kamera, xor və simfonik əsərlər, dramatik tamaşalar və filmlər üçün musiqilər yaradıb.

Rodion Şedrin, həmçinin 2015-ci ildə 89 yaşında vəfat edən rusiyalı balerina Maya Plisetskaya ilə evli olub.

Balerinanın əri ilə birgə hazırladığı vəsiyyətinə uyğun olaraq, Maya Plisetskayanın külü Rodion Şedrinin külü ilə birlikdə Rusiya üzərinə səpələnəcək.

Vəsiyyətnamənin özü 2015-ci ildə o vaxt Böyük Teatrın baş direktoru vəzifəsində olan Vladimir Urin tərəfindən ictimaiyyətə açıqlanıb. Urini sənəd barədə bəstəkar özü məlumatlandırıb.

"Ölümdən sonra cəsədlərimiz kremasiya olunmalıdır (yandırılmalıdır) və daha uzun ömür sürən birimiz üçün kədərli gediş saatı gələndə və ya eyni vaxtda öləcəyimiz təqdirdə, hər ikimizin külü birləşdirilərək Rusiyanın üzərinə səpələnməlidir", - deyə vəsiyyətnamədə bildirilib.

1955-ci ildə tanış olan Rodion Şedrin və Maya Plisetskaya 1958-ci ildə evləniblər. Şedrin bir sıra əsərlərini, o cümlədən "Donqarlı balaca at" baletinin partiturasını həyat yoldaşına həsr edib. Onlar "Anna Karenina", "Qağayı", "İtlə xanım", "Karmen süitası" kimi baletlər üzərində birlikdə çalışıblar. Plisetskaya 2015-ci il mayın 2-də vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri