Məşhur şair vəfat ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şair Musa Ələkbərli vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə yenisabah.az-a onun yaxınları məlumat verib.
Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.
Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nun Filologiya fakültəsini bitirib. "Gənclik" nəşriyyatında "Yeniyetmələr üçün ədəbiyyat" redaksiyasının redaktoru vəzifəsində işləyib.
Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə" ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. "Məndən şer istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsində çalışıb.
Baxış sayı:113
Bu xəbər 15 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















