Icma.az
close
up
RU
Məşhur sehrbaz Trampı qorxutdu

Məşhur sehrbaz Trampı qorxutdu

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur israilli sehrbaz Uri Geller Prezident Donald Trampa müraciət edərək teleportasiyanın gerçək olduğunu deyib.

“Cebheinfo.az” xəbər verir ki, Uri Geller baxışları ilə metal qaşıqları əyməsi ilə dünyada məşhurdur.

79 yaşlı sehrbaz, FEMA (Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi) rəsmisi Qreqq Filipsi müdafiə edib. Qreqq Filips son zamanlar öz iradəsinə zidd olaraq müxtəlif yerlərə, o cümlədən guya “Waffle House”-un qarşısına aparıldığını iddia edir.

Qalmaqal Filipsin bir podkastda çıxışında bir sıra izah olunmamış hadisələri danışmasından sonra başlayıb. O, iddia edib ki, avtomobili bir dəfə sanki "havaya qaldırılıb" və təxminən 40 mil uzaqlıqdakı xəndəyə atılıb. Lakin daha qəribəsi, onun təsvir etdiyi başqa bir epizod idi:

"Mən dostlarla idim və birdən təxminən 50 mil uzaqlıqdakı “Waffle House”-da oldum. Dedilər ki, bu mümkün deyil, sən  burada idin. Amma onların dedikləri mümkün deyildi”.

Bu iddialar ortaya çıxdıqdan sonra Ağ Evdə çaşqınlıq başlayıb.
Prezident Donald Tramp nəyin müzakirə olunduğunu başa düşmədiyini etiraf edib:

"Teleportasiya nə deməkdir? O zarafat edirdi? Teleportasiya haqqında heç nə bilmirəm... Bu, bir az qəribə səslənir, amma mən bunu anlayacağam".

Uri Geller 1970-ci illərdə Amerika kəşfiyyat orqanları tərəfindən araşdırıldığı zaman "demək olar ki, eyni" bir hadisə ilə qarşılaşdığını iddia edib.

O, Manhettendə gəzərkən onu havaya qaldıran və dərhal onlarla kilometr uzaqlığa aparan "görünməz bir qüvvəni" hiss etdiyini deyib. O, növbəti anda özünü Mərkəzi Kəşfiyyat İdarəsi ilə onun "qabiliyyətlərini" öyrənmək üçün çalışan tədqiqatçı Dr. Andriya Puhariçin evində gördüyünü iddia edir. Geller şoka düşdüyünü deyib.

İndi Geller Donald Trampı iddiaları ciddiyə almağa və mümkün teleportasiya hadisələri ilə bağlı araşdırma başlatmağa çağırıb.

Onun sözlərinə görə, bu cür hallar "kainatın əsl təbiətinə" işarə edə və hətta UNO-ları əhatə edən bəzi sirləri izah edə bilər:

"Prezident Tramp, onun dediklərinə diqqətlə qulaq asın. Bunu qulaqardına vurmayın. Araşdırın”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Aprel 2026 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri