Məşhur şoumen ölümündən sonra yandırılmasını istəyir VİDEO
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şoumen Sərxan Kərəmoğlu vəsiyyətini elan edib.
“Yeni Sabah” xəbər verir ki, o, dünyanın hansı ölkəsində vəfat etməsindən asılı olmayaraq, cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini bildirib.
S.Kərəmoğlu meyitinin kremasiya olunmasını (yandırılmasını) tapşırıb: ShopByBro
“Təyyarədə partlaya bilərsən, gəmidə bata bilərsən. Yəni hər şey qismətdir, insan harada dünyasını dəyişəcəyini bilmir. Bununla bağlı bir vəsiyyətim də var. Övladlarım burada yaşamır, mənim də bir ayağım başqa ölkələrdədir.
Demişəm ki, dünyanın istənilən yerində dünyamı dəyişə bilərəm. Amma cənazəmin Azərbaycana gətirilməsini istəmirəm. Əgər Rusiyada, yaxud Avropanın hansısa ölkəsində vəfat etsəm, orada da kremasiya olunmağımı istəyirəm. Düzdür, İslamda meyitin yandırılması qəbul edilmir, müsəlman aləmində kremasiya ənənəsi yoxdur. Amma bu, şəxsi istəyimdir. Ən böyük arzularımdan biri budur ki, harada vəfat edirəmsə, orada da kremasiya olunum. İstəmirəm ki, bədənim torpağın altında çürüsün”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















