Məşhur teleaparıcı və sinoptik VƏFAT ETDİ
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın məşhur televiziya aparıcısı və sinoptiki Cey Vin sentyabrın 9-da 56 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə Britaniya mediası məlumat yayıb.
Cey Vin 1968-ci ildə Londonda anadan olub. O, Şotlandiyada universitet təhsili alaraq ekoloji coğrafiya ixtisası üzrə məzun olub, bir müddət Yaponiyada ingilis dili müəllimi kimi çalışıb. 1999-cu ildə isə Tətbiqi Meteorologiya üzrə magistr dərəcəsi əldə edib.
Karyerasına 1990-cı illərin sonlarında hərbi hava bazasında meteoroloq kimi başlayan Vin, 2000-ci ildə televiziya sahəsinə keçib. O, BBC-nin məşhur xəbər proqramlarında hava proqnozlarını təqdim edərək geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb
Baxış sayı:109
Bu xəbər 13 Sentyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















