Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı VİDEO
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış blogerlərindən olan Səlahəddin Əyyubi (“Selahaddineyyubi”) dünənki paylaşımına görə Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istəyib.
Bakupost xəbər verir ki, o, İlham Əliyevin ötən gün YAP qurultayında söylədiyi fikirlərindən dərhal sonra bir tənqidi video çəkdiyini, bu videoların İnstaqram və Tiktokda üst-üstə 450 min baxıldığını bildirir və bugünkü videosunun “üzr videosu” olduğunu deyir.
O, “bəli, müsəlmanlara tətbiq etdiyi baş örtüsü qadağasından dolayı şiddətlə qınadığını” vurğulayıb, eyni zamanda dünənki fikirlərini “yanlış anladığı üçün” üzr istəyib.
“Əliyevin burada qəsd etdiyi ölkə Türkiyə deyil! Əksinə, cəmi 2 həftə öncə dünyada o qədər silah alınacaq ölkə olduğu halda Türkiyədən tam 500 milyon dollarlıq silah sifariş edib.
O, daha sonra sosial şəbəkə fəallarına üz tutub və bununla da əsl sirri açır. O, fikrinə “Bəli, Əliyevlə bağlı çəkdiyimiz videolar yaxşı baxılır...” sözləri ilə başlayır...
Məsələ də, “sirr” də elə bundadır: türkiyəli tiktokerlər Azərbaycan və İlham Əliyevlə bağlı videoların “çox izləndiyini” bildikləri üçün hər fürsətdə Azərbaycanı müzakirəyə çıxarmağa, “polemika” açmağa, əks-reaksiyalar və şərhlərlə səhifələrini çox yüksəyə qaldırmağa can atırlar.
Ancaq onlar türk milləti arasına nə boyda nifaq saldıqlarını və içlərində gizlənən erməni-yunan uzantılarına necə fürsət verdiklərini qanmırlar və yaxud hər şeyi səhifələrinin aktivliyinə və pul qazanmalarına qurban edirlər.
Əslində, Səlahəddinin adını mənimsəyən bu şəxs:
1. Şişirtməklə məşğuldur, onun dünən İlham Əliyevi tənqid edən videosu “Tiktokda 2 saata 250 min yox”, hazırkı dəqiqəyə qədər 16,2 min baxılıb;
2. Onun bugünkü üzr videosu isə artıq 360 minə yaxınlaşır;
3. Dünənki yanlışına görə üzr istəyir, ancaq dünənki videosunu silmir, ona da “baxış” yığmağa çalışır;
4. Savadsızdır, Azərbaycandakı prosesləri izləmir, yalançıdır və böhtan atır. Azərbaycanda heç bir müsəlmana baş örtüsü qadağası yoxdur, sadəcə, yetkinlik yaşında və daha kiçik uşaqların orta məktəbə çadralı gəlməsi qadağan edilib, orta məktəblərdə standart geyim var və hamı istisnasız olaraq ona əməl etməlidir.
Bu, mütərəqqi qərardır.
Azərbaycan Əfqanıstan deyil, bu ölkəni qara çadradan çıxartmaq üçün Hüseyn Ərəblinski timsalında şəhid vermişik millətik! Cəfər Cabbarlılar canlarını ona görə qurban etməyiblər ki, bu gün orta məktəb uşaqlarını çadraya bürüyək.
5. İlham Əliyev aldığımız silahların pulunu dünya qiymətləri ilə ödədiyimizi, hətta bəzən qat-qat bahasına məcbur qalıb aldığımızı deyəndə başda İsraili qəsd edib, çünki dünya bizə silah satmayanda İsrail satıb, amma “qat-qat bahasına”. Bu mesaj o deməkdir ki, bizim İsrailə borcumuz yoxdur!
İlham Əliyevin bu mesajı həm də Türkiyəyədir, çünki qardaşımızdan da silahı dünya qiymətlərinə almışıq.
Bu, həm də digər qardaşımız Pakistana aiddir, İslamabaddan yenicə qırıcılar almışıq...
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 03 Oktyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















