Məşhur türkiyəli jurnalist Ece Üner bəraət aldı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece Üner bəraət alıb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Ece Ünerin sosial şəbəkədəki bir paylaşıma FETÖ ilə bağlı etdiyi şərhə görə 2 ilə qədər həbsinin tələb edildiyi iş üzrə qərar açıqlanıb. İstanbul 19-cu Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən ikinci iclasda hakim jurnalistə bəraət verib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ece Ünerin "Ədalətli mühakiməyə təsir etməyə cəhd" ittihamı ilə 50 gündən az olmamaq şərti ilə pul cəzasına və "Dövlətin məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilirdi.

Ece Üner saxlanıldı
18 Mart 2025 20:17
Məşhur türkiyəli jurnalist Ece Ünerə qarşı məhkəmə iddiası qaldırıldı
06 May 2025 14:00
Türkiyəli məşhur jurnalist saxlanıldı
21 İyun 2025 23:16
Məşhur futbolçu bəraət aldı
31 Mart 2025 22:08
Türkiyəli məşhur jurnalist Fateh Altaylı həbs olundu
20 Dekabr 2024 08:11

