Məşhur yarışmanın ulduzu vəfat etdi
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərədə "Talent You Are" yarışmasında iştirakı ilə tanınan 18 yaşlı Oran Makkonvil yol qəzasında həyatını itirib.
News24.az xəbər verir ki, atasının ölümündən bir neçə həftə sonra dünyasını dəyişən bədbəxt gəncin qəza zamanı sürücünün yanındakı oturacaqda əyləşdiyi müəyyən edilib. Digər avtomobilin sürücüsü isə hadisə yerində həbs edilib.
Makkonvilin ölümü onun yaxınlarını sarsıdıb. Bildirilib ki, 18 yaşlı bacısı da 2009-cu ildə avtomobil vuraraq dünyasını dəyişib.
Onu da qeyd edək ki, Oran Makkonvil musiqiyə olan marağı ilə tanınırdı. Onun yaxın ətrafı mətbuat nümayəndələrinə Oran Makkonvilin çox pozitiv və nəzakətli bir gənc olduğunu söyləyib.
Günel Məlikzadə


Baxış sayı:78
Bu xəbər 10 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















