Icma.az
close
up
RU
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılarİDDİA+ARAŞDIRMA+ÖZƏL

Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılarİDDİA+ARAŞDIRMA+ÖZƏL

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Jurnalist Rumiyyə Miraslanın facebook statusu diqqət çəkib. Belə ki, o iddia edib ki, “Devin Medya Akademi” onu aldadıb. Statusu olduğu kimi təqdim edirik:

“Facebookda “Devin Medya Akademi” adından verilmiş, film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elana rast gəldim. Oğlumun dərsdən sonra boş vaxtlarında başını qatması üçün müraciət etdim. Elə həmin gün qarşı tərəfdən zəng edib əlaqə saxladılar, oğlumu dəvət etdilər. Dünən bir neçə fotosunu çəkib, 20 manat da ödəniş aldılar ki, bəs sizi votsap qrupuna daxil edəcəyik, orada çəkiləcək filmlər barədə ətraflı məlumat veriləcək (halbuki kastinq ödənişsiz olur). Oğlum evə qayıdan kimi bu gün üçün yenə dəvət etdilər, bu dəfə də bildirdilər ki, bəs rejissor sizi filan fimdə filan obrazda görür, amma bunun üçün 3 aylıq kursda iştirak etməlisiniz, həftədə 1 dəfə Həmidə Ömərova kimi ustadlar sizə dərs keçəcək, hər ay üçün də 200 manat (cəmi 600) ödəməlisiniz. Gəldik zurnanın zonq dediyi yerə. Sayları yaz yağışından sonra artan göbələklər kimi peyda olan daha bir şəbəkənin toruna düşdüyümü anladım. Təsəvvür edin, votsap qrupundan 871 nəfər insan var, hərəsindən o qədər pul alanda görün nə qədər edir. Və Allah bilir ki, neçə elə qruplar var” deyə Rumiyyə Miraslan yazıb.

Moderator.az-a açıqlama verən şikayətçi Rumiyyə Miraslan daha sonra bildirib ki, bu hadisədən sonra onlarla əlaqə yaratmağa çalışıb:

“Bu gün də zəng edib irad bildirdim. Telefonu üzümə söndürdülər. Fırıldaqçı olduqlarına bir daha əmin oldum. Sonradan geri yığıb kursun məcburi olmadığını, oğlumu başqa filmə dəvət edəcəklərini bildirdilər. Təbii ki, mən artıq bunların əsl məqsədini başa düşdüm, yəni məni ələ almağa çalışırdılar. Mən tora düşmüşdüm. Oğlum orada olanda Pərviz Malik Əjdər adında aktyoru görüb. Sonra dedilər ki, oğlumu yoxlayan guya türk aktyoru Recep imiş” deyə o bildirib.

Mövzu ilə bağlı xalq artisti Həmidə Ömərova ilə əlaqə saxladıq. Aktrisa bildirib ki, sözügedən kursdan ona yay aylarında zəng gəlib.

“Təklif etdilər, şirkətlərinin yerini dedilər. Onlara dedim ki, mən hazırda çəkilirəm, vaxtım yoxdur, noyabr ayında mənə zəng edərsiz. O vaxtdan bəri mənə heç bir zəng olmayıb. Mən ümumiyyətlə özəl kurslarda dərs demirəm” deyə aktrisa bildirib.

Bəs görəsən “Devin Medya Akademi” həqiqətənmi insanları aldadır? Moderator.az-a açıqlama verən akademiyanın rəhbəri Atilla Uysal bildirib ki, onlar artıq 4 aydır ki, Bakıda fəaliyyətə başlayıblar:

“Fəaliyyətə başladığı ilk andan etibarən Bakıda çəkilən film və seriallara aktyorlar göndəririk. Aktyorluq kursuna gələn insanlardan foto və video çəkilişi üçün 20 manat alırıq. Bunu özlərinə də söyləyirik. Biz film və seriallara aktyor yönləndirməkdən əlavə özümüz də serial, film və reklam çəkirik. Dərslərimizə nə qədər şagird qatılıbsa əlimizdə sübut da var. Sizə göstərə də bilərik. Dərslərə qatılmaq istəyən şagirdlər isə təhsil üçün müəyyən miqdarda pul ödəyir. Təhsil almaq istəməyən şagirdlər isə qatılmır. Təhsilə qatılmırlar deyə kastinq xidmətindən məhrum olmurlar. Bəhs etdiyiniz 800 nəfərlik qrupda da hər gün iş paylaşırıq ki, kimə hansı çəkiliş uyğundursa şəkilini göndərək, gedib çəkilsin. Bizim vasitəmizlə yüzlərlə aktyor gedib çəkilib. Bizdə aktyor dərslərini xalq artisti Pərviz Məmmədrzayev keçir. Yəqin ki, onu tanıyırsınız. Səhv bir iş görsək sizcə bu cür insanlar bizim kursumuzda dərs verərlər? O ki, qaldı Həmidə Ömərovanın bizim kursumuzda dərs deməsinə.. Həmidə xanımla görüşdük, söhbətimiz oldu, amma hazırda dərs vermir. Çünki işləri çoxdur. Fevral ayında biz 44 günlük müharibə ilə bağlı bir film çəkmək istəyirik. Bunun üçün xalq artisti Nurəddin Mehdixanlı bizi Müdafiə Nazirliyinin səlahiyyətli adamları ilə görüşdürəcək. Biz insanların xəyalları ilə oynamırıq, ortalığa iş qoyuruq” deyə bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see353

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see185

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Bakıda 320 manata satılan ətirli şamlar: Lüks, yoxsa sağlamlığa təhlükə?

04 İyun 2025 00:14see108

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri