Icma.az
close
up
RU
Bu dəfə narazılıq edən olmadı

Bu dəfə narazılıq edən olmadı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Bütün komandaların cəza ilə üzləşdiyi turda hakimlər futbolçulara 20 sarı, 2 qırmızı vərəqə göstərdi. Amma məşqçilərdən heç biri ictimaiyyət önündə narazılığını dilə gətirmədi.

Bütün narazılıqlar meydanda qaldı və beləcə mövsüm bitdi.
Səbail - Sumqayıt, RƏŞAD ƏHMƏDOV
Autsayderlərin dueli rəngarəng epizodlarla yadda qaldı. "Səbail" favorit statusunu doğruldan "Sumqayıt"ın böyükhesablı qələbəsi fonunda pis təsir bağışlamadı. Gərgin keçən 90 dəqiqə ərzində daha çox sadə epizodların şahidi olduq. Belədə Rəşad Əhmədovun yükü xeyli yüngülləşdi. O, futbolçuların kobud oyununa şərait yaratmamaqla yanaşı, xırda qayda pozuntularını da gözməzdən gəlmədi. Referi yalnız laysman Sevda Nuriyevanın yanlış qərarı zamanı tərəddüd yaşadı. Söhbət mingəçevirli ədalət təmsilçisinin Hüseynəli Quliyevin fərqlənməyə çalışan Cəsurbek Cəloliddinovu yerə sərməsi səbəbindən penalti qərarı verdiyi zaman Nuriyevanın bayrağı havaya qaldırmasından gedir. Hər halda, referi VAR-a yollanandan sonra xanım həmkarının səhvə yol verdiyini aşkarladı və öz qərarını dəyişmədi. Odu ki, Rəşad bəyin nə vərəqələrində, nə də "nöqtə"ni göstərməsində qəbahət var.
Sabah - Neftçi, TURAL QURBANOV
Bir sarı, iki birbaşa qırmızı vərəqə! Belə statistika kənardan xoşagəlməz hal kimi görünə bilər. Ancaq söhbət paytaxt derbisindən, "Sabah" və "Neftçi" kimi iki iddialı komandanın mövsümü 5-ci yerdə bitirmək uğrunda mübarizəsindən gedirsə, belə məqamlar ancaq prinsipiallıqdan və əzmkarlıqdan xəbər verir. Odu ki, nə futbolçuları qınamağa ehtiyac var, nə də onlara layiqli cəzanı verən Tural Qurbanovu. Çünki tərəflər mübariz oyun tərziylə, hakim matçın əhəmiyyətini dərk etməsiylə ön plana çıxdı. O, yetərincə ciddi qayda pozuntusu zamanı səbrli davrandı. İnsafən, Sofian Çakla ilə Edvin Kuçun kobud müdaxilə baxımından həqiqətən sərhədləri aşdığını deməliyik. Öz aramızdı, hakimlikdən narazı qalanda kəskin danışmaqdan çəkinməyən Vasili Berezutski və Samir Abasov da Tural bəy haqda pis nəsə demədi. Qısası, gənc hakim paytaxt derbisinin öhdəsindən gəldi. 
Şamaxı - Qarabağ, RAUF CABBAROV
Oyun ümumilikdə sakit keçdi. Meydanda gərginlik yox idi. Rauf Cabbarovun idarəçiliyi ciddi mübahisə doğurmadı. Əsasən qaydalar çərçivəsində gedən mübarizə izlədik. Baş məşqçilər oyunsonrası mətbuat konfransında hakim idarəçiliyi ilə bağlı narazılıq etmədi. Cabbarov altı futbolçuya sarı vərəqə göstərdi ki, hamısı haqlı idi. 
Turan Tovuz - Kəpəz, FƏRİD HACIYEV 
Qərb derbisi Fərid Hacıyevə həvalə olunmuşdu. Matçın ümumi axarı gərgin olsa da, hakim oyunu nəzarət altında saxlaya bildi. Hacıyev“Kəpəz”dən 3, “Turan Tovuz”dan 1 futbolçuya “sarı” göstərdi. Aleks Souza 3-cü topu rəqib qapısından keçirsə də, qol qeydə alınmadı. “Kəpəz”in futbolçusu top uğrunda mübarizə zamanı yerə yıxılmışdı. Hakim mübarizəni qayda pozuntusu kimi qiymətləndirdiyi üçün qolu qeydə almadı. 18-ci dəqiqədə Azər Bağırov emosiyalarını cilovlaya bilmədi, baş hakimə etiraz edən məşqçi meydandan çıxan topu ayağı ilə yenidən oyuna qaytardı. Onu sakitləşdirmək isə dördüncü hakimin üzərinə düşdü. Ümumilikdə hakimin idarəçiliyini qənaətbəxş saymaq olar.
Araz-Naxçıvan – Zirə, CAVİD CƏLİLOV
Cəlilovun idarəediciliyi ilə bağlı ciddi problem olmadı. Nə baş məşqçilər, nə də azarkeşlər hakimkdən narazı qaldı. Oyunun tempini qorumağa çalışan Cəlilov tez-tez oyunu saxlamamağa çalışsa da, hər şeyə göz yummadı. İlk hissədə “Zirə”nin, 2-ci hissədə “Araz”ın iki futbolçusuna sarı vərəqə göstərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyun 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri