Icma.az
close
up
RU
Məşhurluq insanın sonunu gətirir? O səsin sahibi də qurban oldu

Məşhurluq insanın sonunu gətirir? O səsin sahibi də qurban oldu

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər dünyada, eləcə də ölkəmizdə bir çox məşhurların narkotik asılılığı ilə mübarizəsi gündəmdən düşmür. Parlaq karyeraların qəfil sonu, dağılan ailələr, sönən həyat hekayələri və arxasında qalan milyonlarla təəssüf dolu baxış. Belə həyat yaşayanlardan biri də müğənni Lalə Altundur. Bir zamanlar məşhur müğənni kimi fəaliyyət göstərən L.Altun 6 ildir ki, narkotikdən istifadə etdiyini söyləyib. 

O, pis vərdişə necə başladığından danışaraq bildirib ki, ətrafındakı insanlar narkotikdən istifadə etdiklərinə görə o da maraqlanıb və dadına baxmaq istəyib. Onun sözlərinə görə, son bir ildə vəziyyəti daha da pisləşib, şiddətli ağrılar keçirir. Ailəli olub, 22 yaşında bir oğlu var. Sənət dostları isə hələ də onu unutmur, maddi dəstək göstərirlər.

Bütün bunlar bir sualı daha da aktuallaşdırır: bu cür hadisələrin kökündə nə dayanır?

Məsələ ilə bağlı Ölkə.az-a danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova bildirib ki, insanlar karyera yolunda müəyyən pillələrdən keçirlər və o pillələrdən biri də elə şöhrətlik pilləsidir.

O, təəssüflə qeyd edib ki, tam olaraq şəxsiyyət kimi formalaşmayan insanlar şöhrətpərəstlikdən insanları əzməyə, təhqir etməyə, ya da öz həyatlarını müxtəlif yollarla məhv etməyə çalışırlar:

"Əlbəttə ki, onlar bunu şüurlu şəkildə etmirlər. Bəzən sadəcə əyləncələrə qoşulurlar. Bəzi hallarda narkotik vasitələrdən istifadə, səs-küylü məkanlarda iştirak etmək, özlərini orada daha sərbəst və rahat hiss etmək istəyi və s. onların həyatını məhvə aparır.

Təəssüflər olsun ki, narkotikin verdiyi həzzi artıq nə işdə, nə karyerada, nə də şəxsi həyatda ala bilirlər. Düşünürlər ki, elə narkotikdən istifadə etsək, istədiyimiz həzzə hər zaman çata bilərik. Tək narkotik deyil, alkoqolizmdən əziyyət çəkən məşhurlarımız olub. Ümumiyyətlə, bizim dediyimiz o məşhurluq anlayışı əgər şəxsiyyətin üstünə keçirsə, əlbəttə ki, həyatımıza təsir göstərir.

Əgər bu məşhurluq mənim şəxsiyyətimi daha da irəli aparırsa və mən onun müsbət tərəflərindən insanların həyatına yaxşı təsir göstərmək üçün istifadə edirəmsə, əlbəttə ki, bu, mənim üçün özünü təsdiq forması olmayacaq. Əksinə, bu, insanlara yardım etmək, məşhurlaşaraq daha xoşbəxt olmaq və bu kimi müsbət duyğuları yaşamaq imkanı yaradacaq. Düşünürəm ki, məşhurluğa münasibət insanın şəxsiyyətindən və onun keçmiş travmalarından asılıdır".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri