Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Məskunlaşma və nəhəng quruculuq meydanı

Məskunlaşma və nəhəng quruculuq meydanı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad ərazilərdə 30 min nəfər yaşayır

Böyük Qayıdışın təməlinin qoyulduğu Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayan doğma yurda geridönüşün 2020-ci ildə qazanılmış Zəfərdən cəmi 2 il sonra Zəngilan rayonunda inşa edilmiş “Ağıllı kənd”ə köçlə yeni səhifəsi açılıb. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan insanların mərhələli şəkildə öz doğma dədə-baba yurdlarına qayıdışı geniş vüsət almağa başlayıb. Bu proses sürətlə və fasiləsiz davam etməklə Laçın şəhəri, Zabux və Sus kəndlərinə, Suqovuşan, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl və Xankəndinə qayıdışı da təmin edib. Bugünədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb ki, bu da qısa dövr üçün olduqca böyük göstəricidir.

Yerli sakinlərin sayı 9 min nəfər olsa da...

Azad ərazilərimizdə əbədi məskunlaşan doğma sakinlərin sayı 9 min nəfər olsa da, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda bundan 3 dəfə çox insan yaşayır. Nəhəng quruculuq meydanına çevrilmiş bu bölgədə daha da böyüyən bərpa-quruculuq işlərinə, kommunal və sosial infrastrukturların qurulmasına, habelə yaşayış binalarının və kəndlərin salınmasına, inzibati binaların, obyektlərin, turizm və xidmət müəssisələrinin tikintisinə minlərlə insan cəlb edilib. Bölgədə yol, körpü, qaz, su, kanalizasiya, işıq, rabitə xətlərinin çəklişi, məktəb, xəstəxana, uşaq bağçası, idman, mədəniyyət evləri, mağaza və s. tikililərin inşasına saysız şirkət və podratçı təşkilatlar qoşulub. Bu layihələrdə inşaat, yenidənqurma, təmir, quraşdırma, konstruksiya, təchizat, avadanlıq və digər işlərdə 30-a yaxın şirkətin 2000-dən çox işçisi fəaliyyət göstərir.  

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhalinin qayıdışının təmin edilməsi ilə paralel şəkildə müxtəlif sosial və istehsal obyektləri, emal, sosial-iqtisadi xarakterli müəssisələr də inşa edilir. Həmin şəhər və kəndlərdə  orta məktəb və uşaq bağçalaırı, tikiş müəssisəsi, çörəkbiçirmə sexləri, mağaza və marketlər fəaliyyət göstərir ki, buarada yüzlərlə insan çalışır. Eləcə də, bölgədə “KapitalBank”ın və digər bankların filialları, “Asan” və “Dost” Xidmət mərkəzləri, “Azərcell”, “Bakcell”, “Nar” şirkətinin, digər rabitə və mobil operatorların xidmət müəssisləri, iri supermarket və ticarət mərkəzləri, “Azərenerji”, “Azəriqaz”, “Azərpoçt”, Su Ehtiyatları Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər qurumların yerli idarələri fəaliyyət göstərir ki, onların əməkdaşlarının sayı bir neçə min nəfərə bərabərdir.

Tikinti, təmir, təchizat və digər layihələrdə minlərlə insan çalışır

Bu bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli, Xankəndidə “Qarabağ” və “Palace” hotelləri istifadəyə verilib. Təkcə,  hotel və istirahət mərkəzlərində 400-dən çox insan işləyir. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib və burada da yüzlərlə insan çalışır.

Bölgədə 20-dən çox tikinti şirkəti fəaliyyət göstərir. Həmçinin, dövlət-özəl tərəfdaşlığı proqramı çərçivəsində böyükhəcmli infrastruktur və tikinti işləri icra olunmaqdadır, bu inşaat işlərinə 10-a yaxın özəl şirkət cəlb edilib. Təkcə, Ağdam şəhərində özəl tikinti şirkəti “PMD Group” və podratçı şirkətlər tərəfindən icra edilən inşaat işlərində 300-dən çox işçi çalışır. Həmin şirkət digər podratçıları Suqovuşan, Hadrut və digər yerlərdə də inşaat işlərinə qoşub ki, burada da yüzlərlə insan işlə təmin olunub.

Bölgədə 5 mindən çox sahibkarlıq subyekti fəaliyyət göstərir

Azad ərazilərdə iri sənaye şirkətləri, biznes subyektləri, kənd təsərrüfatı və aqrar fəaliyyətlərlə məşğul olan mülkiyyətçilər, turizm, xidmət, ticarət, ictimai iaşə və digər kommersiya növləri ilə məşğul olan minlərlə sahibkar məskunlaşıb. Onların sırasında  2 il əvvəl istifadəyə verilmiş Zəngilan rayonundakı “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksində 200-dən çox insan çalışır. Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkında 10-dan çox müəssisə fəaliyyət göstərir ki, burada yüzlərlə insan işləyir. Həmçinin Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar da bu ərazilərdə bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətlərindən “Eti Bakır A.Ş.”, “Artvin Maden A.Ş.”-nin 100-dən çox nümayəndəsi burada fəaliyyət göstərir.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən, bölgədə sahibkarlar üçün geniş meydan açılıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 170-dən çox biznes layihəsi icra olunur, müxtəlif iqtisadi sektorlarda fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 mindən çoxdur.

Bütün bu çoxşaxəli layihələrin sırası genişlənir və azad ərazilərdə əbədi məskunlaşan sakinlər və burada çalışan insanların sayı daha da artacaq.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri