Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Xakas türkləri, dili və məskunlaşma yerləri

Xakas türkləri, dili və məskunlaşma yerləri

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məqalə məsləhətçi professor Gülsüm Killi Yılmazın töhfələri ilə Ankara Universiteti Dil, Tarix və Coğrafya fakültəsi Çağdaş Türk Ləhçələri və Ədəbiyyatı kafedrasının elmlər namizədi Səidə Burhanəddinova tərəfindən hazırlanıb

...Elmi mənbələrdə Minusin, Abakan və ya Yenisey tatarları kimi yazılan xakaslar Cənubi Sibirdə yaşayan ən qədim türk xalqlarından biridir.

SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, Çin mənbələrindən əldə edilən məlumata görə, varlığı VIII-IX əsrlərdən bəlli olan və etnik cəhətdən Yenisey qırğızları ilə qohum hesab edilən Xakas türkləri Çar Rusiyası dövründə digər türk tayfaları kimi tatar adlanırdı. Onlar görkəmli tarixçi Nikolay Kozminin ideyalarının təsiri ilə Tan sülaləsinin salnaməsi əsasında Orta Yenisey çayı vadilərində qurulan Hyaqas dövlətindən ilhamlanaraq Oktyabr inqilabından sonra, daha dəqiq desək, 1917-ci ilin 20-30 iyul tarixlərində Çarkov kəndində milli qurultaydan sonra Xakas adlandırılmağa başlandı.

Xakas türkləri əsasən Rusiya Federasiyasının tərkibində yerləşən və mərkəzi Abakan şəhəri olan Xakas Muxtar Respublikasında yaşayırlar. 2023-cü il yanvarın 1-nə olan statistik məlumata görə, ölkə əhalisinin sayı 530,2 min nəfər olsa da, Xakas türkləri cəmi 12,71 faizini təşkil edir. Xakaslar həmçinin Krasnoyarsk diyarı və Tuva Muxtar Respublikasının müxtəlif şəhər kəndlərində yaşayırlar.

Xakas türklərinin sıx yaşadığı Xakas Respublikasının sərhədləri ən qədim türk tarixi və mədəniyyətinin keçdiyi bir bölgədir. Rusiya bu yeri tutmazdan əvvəl elə ruslar tərəfindən bura Qırğızıstan torpaqları da adlanırdı. Bölgə ruslar tərəfindən işğal edildikdən sonra I Pyotrun 1707-ci il fərmanı ilə Minusinsk diyarı adı ilə Çar Rusiyası imperiyasına daxil edildi, sonralar Sovet İttifaqına tərkibində oldu. Xakas torpaqları 1991-ci ilin iyununda Xakas Muxtar Vilayətindən Xakas Respublikasına çevrildi.

Tarixi din şamanlığın bəzi ünsürləri ilə yanaşı xristianlığı da qəbul etmiş Xakas türklərinin bu gün də danışdığı ana dili türk ləhcələri arasında qədim qırğız dilinin ortaq xüsusiyyətlərini daşıyan Fu-yü türkcəsi, şorci və sarı uyğur dillərinə bənzəyir. Coğrafi və linqvistik prinsiplərə görə türk dialektlərinin təsnifatında Şimal-Şərqi və ya Sibir qrupuna daxildir.

Yazı dili olaraq isə xakaslar Sibirdəki digər türk zadəgan ailələri kimi əski türk runik əlifbasından istifadə ediblər. Amma bu yazı dili ənənəsi türk-monqol yürüşü ilə kəsilib. Daha sonra Xakas xanları kalmık əlifbasını öyrənərək monqol dilində yazışıblar. XVII əsrdən bu günədək təxminən 270 il Rusiya imperiyası, daha sonra Sovet İttifaqı və nəhayət Rusiya Federasiyasının tərkibində rusiyalılarla iç-içə yaşayan xakaslar 1924-1926-cı illərdən bəri kiril əlifbalı Xakas dilində yazıb-oxuyurlar.

Sibirdəki digər türk ləhcələrinə nisbətən daha az ana dilində danışılan Xakas türkcəsi bu gün böyük ölçüdə rus dilinin təsiri altındadır. Bu təsir daha çox danışıq dilində hiss olunur. Xüsusilə 20-ci əsrdə rus dili bütün Xakas türkcəsinə güclü təzyiq göstərib, dilin sosial sahədə istifadəsini məhdudlaşdırıb və danışanların sayının azalmasına səbəb olub. Ona görə də xakas türkcəsi daha çox kənd yerlərində və yaşlı əhali arasında danışılır, gənclər ana dilini az bilir.

XX əsrin 90-cı illərində SSRİ-nin dağılmasından sonra Xakasiyada Xakas türkcəsinin dirçəldilməsi istiqamətində səylər geniş vüsət aldı, təhsil prqoramları hazırlandı, məktəblərdə xakas türkcəsi dərslərinin sayı artırıldı, maarifləndirici materiallar çoxaldı və rəsmi dilə çevrildi. Bütün bunlara baxmayaraq, Rusiya Federasiyasının Xakas Respublikasında rus dili hələ də birinci sıradadır. Bu səbəbdən Xakas türkcəsi UNESCO-nun 2010-cu il “Nəsli kəsilməkdə olan dillərin qırmızı kitabı”nda “Təhlükədə olan dillər” kateqoriyasında yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri