Icma.az
close
up
RU
Məsləhət gecəsi Qərib Mehdinin hekayəsi

Məsləhət gecəsi Qərib Mehdinin hekayəsi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün nasir, şair, publisist, dramaturq Qərib Mehdinin doğum günüdür.

Kulis.az onun "Məsləhət gecəsi" hekayəsini təqdim edir.

Əli qələm tutan ya haqlı, ya haqsız, filosofluq edir. Yazılanları yada salıram:

Pulu olan güclüdür...

Gücü olan qalibdir...

Həm pulu, həm də gücü olan ağıllıdır...

Ədalət arzulanan meyardır...

Şəhərin Şahsevənlər basalağının sakini Xəlil dayı müdrik çağına çatmış ömür qatarını bu yaşam məntəqələrinin hamısından sürüb keçib. Maraqlı burasıdır ki, bu dəyişdirici "məntəqələrdən" keçəndən sonra həddini aşmayıb, insanlığını itirməyib. Ona görə ki, hər tərəfdən sıxılan içindəki çocuğa bənzər ədalət hissini ölməyə qoymayıb. Özünün ölməməsi, sıradan çıxmaması üçün zamanın havasını nəzərə alıb.

Xəlil dayı, başlıcası, özünə nəzarət etməyi bacarıb. Çoxlu pul da qazanıb, vəzifə atına da minib, ancaq insafını, xeyirxahlığını əldən verməyib. Beləliklə, o, basalağın sayılan, seçilən, hörmət qoyulan ağsaqqalına çevrilib. Bu səbəbdən getdikcə ondan məsləhət istəyənlərin sayı artıb. Faydalı bildiyini deyib, faydasızın üstündə "mən deyirəm!" deyə təkid etməyib. Həm də fikirləşib ki, ağıl ağıldan üstün olar, naçar qalan qoy gedib başqasına da gənəşsin.

Pulun, gücün, ağlın olanda insanın üzünə fetişləşmə qapısı açılır. Bəziləri özünü öyür, bəziləri başqasını. Özünü düşünəndə yalnız özünü görürsən. Və bu məqamda vəziyyətdən, şəraitdən sui-istifadə halı önə çıxır.

Xəlil dayının şəninə qədərindən artıq xoş sözlər söylənilir. O, məclislərin xoşməramlı mövzusuna çevrilir. Yas yerində mollalar, toyda tamadalar onun şəninə tərif yağdırmağı özlərinə borc bilirlər. Xəlil dayı deyilənlərin bolluğuna qarşı əlini qabağa versə də, başının işarəsi ilə "bəsdir" desə də, xeyri olmur. Tərif payız yarpağı kimi başından yağır. Toy etmək istəyən ailələrdən tutmuş, kürt düşmüş toyuğunun cücə çıxarmaq üçün altına yumurta qoyan qadınlara kimi hamısı təkidlə deyirlər ki, onun məsləhətinə, göstərişinə ehtiyacları var. Ağsaqqal məsləhətini əsirgəsə, işləri aşmayacaq. Bu işdə Xəlil dayının qohumları xüsusi fəallıq göstərirlər.

Avropa təhsilindən barınmışlar onu qədim yunan allahı Femidanın "Ədalət tərəzisi"nə bənzədir, islamçılar isə bu tərəzisinin bir gözünə dağı, o biri gözünə isə Xəlil kişini qoyurlar. Əlbəttə, ağırlıqda Xəlil dayı dağı basır. Nəticə də belə elan olunur: Xəlil dayı - Tanrının dağdan ağır sevimlisidir!

Ətrafında baş verənlər Xəlil dayının qulağına çatmamış deyildi. O, gah bu cür hallara əhəmiyyət vermir, gah da təəccüblənirdi: "Dənizdə dalğa yürüşünü saxlaya bilməyəndə sahilə çırpılıb məhv olur. Yersiz təriflərdən bunlar axı nə qazanırlar? Başa düşmürəm". O, bir gün bu müəmmanı başa düşdü.

Hətta böyük qıfılı da kiçik açarla açırlar. Bəzən mürəkkəb sayılan mətləblərə də adi hadisə ilə işıq salmaq olur. Qeybulla kişinin toyqabağı keçirəcəyi və həm də vacibdən vacib sandığı məsləhət gecəsində olduğu kimi.

Şahsevənlər basalağının sakinləri adət halını alan toyqabağı məsləhət gecəsinin keçirilməsinə riayət edirlər. Arada bu adətdən yayınanlar da olur. Bəzən bu məsləhət gecələri özünün ilk anlamından kənara çıxır, bir sıra çalarları özündə əks etdirir. Gen süfrəli, bol təamlı məsləhət gecələrində toy şənliyinin uğurla yola verilməsi ssenarisi hərtərəfli müzakirədən keçirilir. Sonda müvafiq qərar qəbul olunur. Xəlil dayının yaxın qohumu Qeybulla kişi də nəvəsi Nazimə toyqabağı məsləhət gecəsi keçirilməsində israrlı idi. Həm də bu məsləhət yığıncağının başında mütləq və mütləq basalağın nüfuzlu şəxsi, dağdan ağır kişi - Xəlil dayı oturmalıydı.

Vaxt təyin edildi, hazırlıq görüldü. Bu barədə hamının dayısı sayılan Xəlil dayıya ismarış göndərildi. Tərs kimi həmin vaxtda Xəlil dayı xarici səfərdə olacaqdı. O, ağzını xeyir-duayla açıb, məsləhət gecəsini onsuz keçirməyi lazım bildi. Qeybulla kişi vaxtın üst-üstə düşməməsindən təəssüflənsə də, dağdan ağır kişiyə bildirdi ki, "Sizin iştirakınız vacibdir. Eybi yox, siz səfərinizi təxirə salmayın, biz məsləhət gecəsini təxirə salarıq". Qeybulla kişi ikinci fürsətdən də yararlana bilmədi. Xəlil dayı soyuqlamışdı, yataq xəstəsi idi. O, qohumlarına telefon açıb sayıldığı üçün təşəkkürünü bildirdi:

- Toyunuz mübarək olsun! Allah gənclərimizi xoşbəxt eləsin, oğullu-qızlı olsunlar. Xeyir işi təxirə salmaq yaxşı əlamət hesab edilmir. Bu vəziyyətdə mənim iştirakım vacib deyil. Siz işinizdə olun.

Qeybulla kişi az qala üsyana qalxdı:

- Siz nə danışırsınız?! Sizin hər məsləhətiniz, göstərişiniz, sözünüz qızıl qiymətindədir. Xahiş edirəm, bizi ağıllı təkliflərinizdən, kəlamlarınızdan məhrum eləməyin. Atalar gözəl deyib: "Allahsız yerdə oturun, böyüksüz yerdə oturmayın. Siz də bizim böyüyümüz, başbilənimiz, yolgöstərənimizsiniz. Səbirsizliklə sağalmanızı gözləyəcəyik. Yalnız bundan sonra...".

Üçüncü cəhd də baş tutmadı. Xəlil dayının vacib işi olması səbəbindən məsləhət gecəsi yenə təxirə salındı.

Nəhayət, arzular üst-üstə düşdü, dördüncü cəhddə məsləhət yığıncağı baş tutdu. Dağdan ağır Xəlil dayı başda - onun üçün ayrılmış kresloda yerini rahatladı. Süfrə hər cür naz-nemətlə bəzənmişdi. İçkilər də çeşid-çeşid. Butulkaların ağzı açıldı, qədəhlərə hərənin zövqünə uyğun içki süzüldü. İlk olaraq Qeybulla kişi ayağa durub qədəhli əlini yuxarı qaldırdı. Dağdan ağır kişinin şərəfinə təmtəraqlı tost dedi:

- Gəlin ilk qədəhlərimizi həmişə faydalı göstərişlərindən bəhrələndiyimiz Xəlil dayımızın sağlığına içək, onu məclisin tamadası seçək və məsləhətlərini səbirsizliklə dinləyək. Qoy bu müdrik insan bilsin ki, onun məsləhətləri, göstərişləri danışıqsız yerinə yetiriləcəkdir.

Ev sahibinin masabəyi təklifindən sonra qədəhlər həmrəylik amacı ilə toqquşdu. Xəlil dayı iş adamı, vəzifə sahibi idi. O, pul öldürməyə heyifsilənməsə də, vaxt öldürməyə dözməzdi. Çünki pulu vaxtdan çıxardırdı. Buna görə də sağlıqlara sərf edəcəyi vaxtdan qənaət edib toy şöləninin proyektinə keçdi. Yəqin, məclisə yığılanlar səbirsizliklə onun bir-birindən qiymətli məsləhətlərini gözləyirdilər. Xəlil dayı ləngimədən mətləbə keçdi:

- Mən bir şadlıq sarayı bələdləmişəm...

Qeybulla kişi utana-utana dağdan ağır adamın sözünü kəsməli oldu:

- O məsələni həll eləmişik.

Xəlil dayı "çox yaxşı" deyib ikinci məsləhətinə keçdi:

- İndi toya çox adam çağırmırlar...

Qeybulla kişi basalağın başbilənini zəhmətə salmadı:

- O məsələni də həll eləmişik.

Xəlil dayı bu dəfə təşəkkürsüz sözünə davam edib növbəti təklifini səsləndirdi:

- Kişinin adını verdiyi çörək çıxardar. Mənə qalsa, toy süfrəsinə...

Qeybulla kişi yenə qeybdən dillənib dağdan ağır adamın sözünü ağzında qoydu:

- O məsələni də həll eləmişik.

Getdikcə Xəlil dayının təkliflər yükü yüngülləşirdi. Növbəti təklifini xatırlatmağı vacib sandı:

- İndi toy məclislərinə xarici qonaqlar da dəvət edirlər. Ona görə dəvətnaməni üç dildə - Azərbaycan, rus və ingilis dillərində yazırlar, reklamlarımız kimi. Yaxşı olar bu məsələyə də diqqət...

Qeybulla kişi "korun qabağını əliağaclı" kəsdi:

- O məsələni də həll eləmişik.

Xəlil dayı gördü ki, təkliflər boğçasında diqqət çəkən yalnız bir məsləhəti qalıb. O da xanəndə məsələsi. Yəqin, bu barədə iynəsi tikiş tutar:

- Nazimin toyunu uzun müddət xatırladacaq bir nəsnə varsa, o da xanəndə məsələsidir. Mən səsinə valeh olduğum...

Qeybulla kişi yenə irəli durdu:

- O məsələni də həll eləmişik.

Bu dəfə Xəlil dayı qohumundan - ev sahibindən incikliyini büruzə verdi. Deyəsən, dağdan ağır kişini yüngül tutmuşdular:

- Hər şeyi özünüz həll etmisinizsə, onda məni nəyə çağırmısınız? - deyə məclisi tərk etmək üçün ayağa durdu. İncikliyi başa düşən Qeybulla kişi mehribanlıqla onun qoluna girdi:

- Siz Şahsevənlər basalağının başbilənisiniz. Bizim borcumuz camaata çatdırmaqdır ki, biz adiyik, Siz qeyri-adi. Görəcəyimiz bütün işləri sizin adınıza bağlamalıyıq. Soruşana deyəcəyik ki, Xəlil dayımız belə məsləhət bilib. Bundan sonra hamı vəziyyətlə barışacaq, "heyrətli təklifləriniz" hesabına hörmətiniz bir az da artacaq. Şahsevən camaatını yaxşı tanıyırıq. Bilsələr ki, şölənin proyekti aşağının - bizlərin işidir, onda hərə bir "mız" qoyacaq. Cavandan qocaya qədər qəbul etməlidir ki, heç kəs sizin kimi dərindən-dərin düşünmək qabiliyyətinə malik deyil. Yalnız Siz!.. Yoxsa axarın ağzı əyilər. Bir də onu əvvəlki halına gətirmək çətinləşər. Sizin bu məclisin başında oturmağınız bizim işimizin rəvan getməsinə bəs edəcək. Axı biz sizin nüfuzunuzun çətiri altına sığınmışıq. Camaat yəqin etməlidir ki, sizin ayağınızın bildiyini bizim başımız bilməz.

Xəlil dayı istədi bu quramaya etiraz etsin. Etmədi. Hətta yumşalıb gülümsündü də. Yadına düşdü ki, o da özündən böyüklərlə, özündən vəzifəlilərlə bu qayda ilə davranır.

14.03.2022

Flora Kərimova xəstəxanaya yerləşdirildi Gecə - Varlam Şalamovun hekayəsi Diddinin azadlığa çıxacağı gün yenidən dəyişdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyun 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri