Məşqçilərin sertifikatlaşdırılması üzrə birinci səviyyə proqramı başa çatıb FOTO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan Cüdo Federasiyası ilə Azərbaycan İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən birinci səviyyə – məşqçilərin sertifikatlaşdırılması proqramı üzrə seminarlar yekunlaşıb.
İdman.Biz xəbər verir ki, proqramın sonunda təlimi uğurla başa vuran iştirakçılar üçün son mərhələ olaraq praktiki imtahanlar təşkil olunub. İmtahanlar zamanı məşqçilərin əsas texniki bilikləri, məşq prosesinin düzgün qurulması, metodiki yanaşmaları və təhlükəsizlik qaydalarına əməl etmə bacarıqları real məşq şəraitində yoxlanılıb. Qiymətləndirmə beynəlxalq standartlara uyğun metodologiya əsasında aparılıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Azərbaycan İdman Akademiyası arasında həyata keçirilən bu əməkdaşlıq məşqçilərin peşəkar inkişafının dəstəklənməsinə, vahid metodiki sistemin formalaşdırılmasına və ölkədə cüdo idman növünün davamlı inkişafına mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Fevral 2026 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















