Messencerlərlə ünsiyyət qurmaq niyə zərərlidir?
Azpost saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın Ohayo Ştat Universiteti və Kvinslend Universitetinin tədqiqatçıları genişmiqyaslı təhlil apararaq müəyyən ediblər ki, messencerlərdə ünsiyyət və videzənglər insanların prosesə cəlb olunmasını və pozitiv emosional reaksiyasını azaldır.
Araşdırmada texnologiyaların cəmiyyətə təsiri ilə bağlı 1158-dən çox elmi iş nəzərdən keçirilib.
Azpost.info bildirir ki, tədqiqatın nəticələri Perspectives on Psychological Science jurnalında dərc olunub.
Mütəxəssislər birbaşa ünsiyyəti “təkbaşına sosiallaşma” adlandırılan ünsiyyət forması ilə müqayisə ediblər. Söhbət insanların fiziki olaraq uzaqda olan həmsöhbətlərlə qadcetlər vasitəsilə əlaqə saxlamasından gedir.
Məlum olub ki, rəqəmsal ünsiyyət zamanı insanlar daha az gülür, prosesə daha az cəlb olunur və məlumatı əhəmiyyətli dərəcədə daha zəif emal edirlər.
Araşdırmada məktəblilərin və tələbələrin də materialı əyani dərslərdə onlayn dərslərlə müqayisədə daha yaxşı mənimsədiyi müəyyən edilib. Bu fərq xüsusilə COVID-19 pandemiyası dövründə distant təhsilə keçid zamanı özünü daha qabarıq göstərib.
Qrup şəklində keçirilən onlayn görüşlərin iştirakçıları da daha zəif qərarlar qəbul edirlər. Tədqiqatçılar bunu iştirakçıların bir-biri ilə kifayət qədər əlaqə və bağlılıq hiss etməməsi ilə izah edirlər.
Bununla belə, rəqəmsal ünsiyyətin bəzi insanlar üçün üstünlükləri də var.
Araşdırmaya görə, utancaq insanlar onlayn ünsiyyət zamanı özlərini daha inamlı hiss edirlər. Onlayn psixoterapiyanın da effektiv olduğu müəyyən edilib. Belə ki, videoseanslar bəzi hallarda insanın özünü daha rahat ifadə etməsinə və açılmasına kömək edə bilər.
Beləliklə, tədqiqat rəqəmsal ünsiyyətin üz-üzə təması tam əvəz edə bilmədiyini göstərir. Onlayn əlaqə məsafəni aradan qaldırsa da, emosional bağlılıq, diqqət və məlumatın mənimsənilməsi baxımından canlı ünsiyyət bir sıra üstünlüklərini qoruyur.
N.Talıblı
Baxış sayı:34
Bu xəbər 06 Oktyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















