Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messi atası Xorxe Messi ilə vida mərasimində görüntülənib.
İdman.Biz xəbər verir ki, mərasim Argentinanın Rosario şəhəri yaxınlığındakı El Prado qəbiristanlığında qapalı formatda keçirilib. Messi ailə üzvləri ilə birlikdə mərasimə qatılıb.
Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. O, Lionel Messinin karyerasında mühüm rol oynayıb və uzun illər oğlunun nümayəndəsi kimi fəaliyyət göstərib.
Maraqlıdır ki, 8 avqust Messi üçün iki fərqli, amma çox ağır xatirə ilə bağlı tarixə çevrilib. 8 avqust 2021-ci ildə argentinalı futbolçu göz yaşları içində “Barselona” ilə vida mətbuat konfransı keçirmişdi. Beş il sonra isə həmin tarixdə atasını itirib.
Messi Xorxe Messinin vəfatı səbəbindən “İnter Mayami”nin “Monterrey”lə Liqalar Kuboku matçında iştirak etməyib. Klub həmin qarşılaşmadan əvvəl Xorxe Messinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Baxış sayı:210
Bu xəbər 10 Avqust 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















