Messi daha bir rekorda imza atdı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya qarşı keçirilən oyunda meydana çıxmaqla futbol tarixinə daha bir rekord yazdırıb.
Axar.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” Stadionunda təşkil olunan həlledici qarşılaşmada forma geyinən 39 yaşlı ulduz Dünya çempionatı finallarında üçüncü dəfə (2014, 2022 və 2026) çıxış edən ikinci futbolçu olub.
Bununla da Messi bu göstəricidə Braziliya millisinin sabiq kapitanı Kafuya çatıb.
Əfsanəvi müdafiəçi 1994, 1998 və 2002-ci illərdə keçirilən DÇ finallarında meydana çıxmışdı.
Qeyd edək ki, 2026-cı il Dünya çempionatınım final görüşündə İspaniya və Argentina yığmaları ABŞ-dəki MetLife Stadionunda üz-üzə gəlib.
Baxış sayı:88
Bu xəbər 20 İyul 2026 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















