Messi daha bir rekordun astanasında
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lionel Messi cərimə zərbəsindən vurduğu qolla daha bir rekorda yaxınlaşıb.
QOL.az xəbər verir ki, argentinalı hücumçu MLS-in 26-cı turunda “San Dieqo” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda fərqlənib.
"Goal" nəşrinin məlumatına görə, bu, Messinin karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 75-ci qol olub. Bununla o, braziliyalı Jair Rosa Pintonu geridə qoyaraq ikinci pilləyə yüksəlib.
Bu göstəricidə rekord 78 qolla Marselinyo Kariokaya məxsusdur. Messi rekordu təkrarlamaq üçün daha 3, yeni rekord müəyyənləşdirmək üçün isə 4 qol vurmalıdır.
Qeyd edək ki, statistikaya yalnız yüksək səviyyəli çempionatlarda birbaşa cərimə zərbələrindən vurulan qollar daxildir. Messi bu göstəricidə Kriştiano Ronaldo, Ronaldinyo və Dieqo Maradonanı da geridə qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















