Messi ilə komanda yoldaşı ola bilər FOTO
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İnter Mayami" transfer bazarında daha bir diqqətçəkən addım atmağa hazırlaşır.
Bakıvaxtı.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, klub İtaliyanın "Napoli" komandasının ulduz yarımmüdafiəçisi Kevin De Bruyneni öz rənglərinə bağlamaq niyyətindədir.
ABŞ klubu əsl ulduzlar qvardiyası yaratmaq əzmindədir. Rəhbərlik 35 yaşlı təcrübəli futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paul kimi nəhəng isimlərlə eyni komandada oynatmağı planlaşdırır.
Xatırladaq ki, hələ 2025-ci ilin yayında "İnter Mayami" və "San-Dieqo" klubları təcrübəli oyunçunu transfer etməyə çalışmış, lakin yarımmüdafiəçi həmin vaxt karyerasını Avropada davam etdirməyə qərar vermişdi. İndi isə belçikalı ulduzun MLS-ə ehtimal olunan keçidi yenidən gündəmin əsas mövzusuna çevrilib. Bu yarışda "İnter Mayami" ilə yanaşı, "Çikaqo Fayr" və "San-Dieqo" klubları da iştirak edir və onu öz heyətlərində görmək üçün mübarizə aparırlar.
Qeyd edək ki, Kevin De Brüyne 2025/2026 mövsümündə iştirak etdiyi bütün turnirlər çərçivəsində 21 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə rəqib qapılarından 5 top keçirməklə yanaşı, 4 məhsuldar ötürmənin də müəllifi olmağı bacarıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 03 Avqust 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















