Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? Açıqladı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze hazırda davam edən dünya çempionatında Lionel Messi ilə onun mundiallardakı qol rekordunu təkrarladığı matçın ardından telefonla danışdığını deyib.
Fanat.Az xəbər verir ki, Klozenin sözlərini Bundesliqanın rəsmi saytı belə çatdırıb:
"Argentina millisinin baş məşqçisi Lionel Skaloni "Latsio"da komanda yoldaşım olub. İndiyədək müntəzəm əlaqə saxlayırıq. Messi qol sayında mənə çatandan sonra Skaloninin vasitəçiliyi ilə danışdıq. Bu, çox duyğusal idi. Messi ilə meydanlarda bir neçə dəfə üz-üzə gəlsək də, ilk dəfə meydandan kənarda danışırdıq. O, mənə imzalı formasını göndərəcəyini vəd etdi".
Xatırladaq ki, Messi Əlcızair yığması ilə qrupda keçirdikləri matçda (3:0) 3 dəfə fərqlənərək həmin vaxta qədər 16 qolla mundiallar tarixinin ən yaxşı bombardiri olan Klozenin nəticəsini təkrarlamışdı. Hazırda isə hesabında 21 qol olan Leo DÇ-lərin ən sərrast oyuçusudur.
Nihat
Baxış sayı:93
Bu xəbər 09 İyul 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















