Messi üçüncü dəfə bu mükafata sahib çıxdı
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İnter Mayami"nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messi MLS-də may ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə Şimali Amerika liqasının mətbuat xidməti məlumat yayıb.
Messi may ayında MLS-də 7 matça çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib. “İnter Mayami” bu qarşılaşmaların 3-də qalib gəlib, 2-də heç-heçə edib, 2-də isə uduzub.
Bu, Messinin karyerasında MLS-də üçüncü dəfə aldığı ayın ən yaxşı oyunçusu mükafatıdır. O, 2023-cü ilin yayından - PSJ-dən "İnter Mayami"yə keçəndən bəri Şimali Amerika liqasında oynayır.
Ümumilikdə, 37 yaşlı argentinalı hücumçu bu mövsüm "İnter Mayami"nin heyətində bütün turnirlərdə 20 matçda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















