Messi yenidən qalib gəlməyə qadirdir
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Lionel Messinin Argentina yığmasının heyətində növbəti dəfə dünya çempionu ola biləcəyinə inanır.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvard "Barselona"dakı sabiq komanda yoldaşı barədə bui sözləri deyib:
"Messi? Sözsüz ki, bəli. O, istənilən kuboku qazana bilər. Mən "Barselona"da oynayanda artıq bunun şahidi olmuşam. Dörd yaş qocalması heç nəyi dəyişmir. O, indiyə qədər gördüklərimin ən yaxşısıdır. Tarixin ən yaxşı futbolçusudur. Əvvəlki kimi yenə də təhlükəlidir. Qoy artıq 38 yaşı olsun, amma onu dayandırmaq yenə də çətindir. Ustalıq öz yerində qalır. Messiyə qarşı diqqətli olmalıyıq. Çünki o, yenidən qalib gəlməyə qadirdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 İyun 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















