Icma.az
close
up
RU
Messinin azərbaycanlı dostu həbs olundu! Mingəçevir in taleyi necə olacaq?

Messinin azərbaycanlı dostu həbs olundu! Mingəçevir in taleyi necə olacaq?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

"Football-plus.az" "Musavat.com"a istinadla xəbər verir ki, SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.

Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib. Xəbərlərə görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
Mənbələrin bildirdiyinə görə, bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.
Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. Onun həbsi Azərbaycan enerji sektorunda rezonans doğurub.
Xatırladaq ki, iyul ayında məlum oldu ki, Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib etdi. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizləndi, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirildi.
Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.
Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
Qeyd edək ki, zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.
A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.
Qeyd edək ki, Əhmədzadə 2024-cü ildə dünyaca məşhur futbolçular Lionel Messi və Ronaldinyonu Azərbaycana gətirməsi ilə geniş rezonansa səbəb olmuşdu.
mənbə: https://www.fttc.com.ua/2025/09/azerbaijani-oligarch-adnan-ahmadzada-arrested-in-azerbaijan/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri