Məsud Pezeşkian: “Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
İran Prezidenti Məsud Pezeşkian Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü çox konstruktiv adlandırıb.
Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian bu barədə ŞƏT sammitinin yekunlarına dair danışarkən bildirib.
"Bu zirvə toplantısında Hindistan, Rusiya, Azərbaycan, Qırğızıstan, Tacikistan və Pakistan da daxil olmaqla, altı dövlət başçısı ilə birbaşa danışıqlar apara bildik. Bütün bu danışıqlar çox konstruktiv keçdi. Düşünürəm ki, bu görüşlər çox səmərəli oldu və bütün tərəflər problemlərin həllində bir-birinə kömək etməyə hazır olduqlarını təsdiqlədilər ki, regionda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində birlikdə işləyə bilək" , - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 01 Sentyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















