Icma.az
close
up
RU
Məsud Pezeşkianın İlham Əliyev üçün ayağa qalxması: “Bəhanə oldu”

Məsud Pezeşkianın İlham Əliyev üçün ayağa qalxması: “Bəhanə oldu”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İran prezidenti aşkar təvazökarlıqla ayağa qalxaraq Azərbaycan prezidentini salamladı. Bu səhnə bəziləri üçün kontekstdən kənar atmosfer, yanlış təsəvvürlər və təhlillər yaratmaq üçün bəhanə oldu".

Yenisabah.az xəbər verir ki, bunu İran Prezidenti Administrasiyasının mərasimlər və protokollar üzrə bölməsinin müdir müavini Abbas Musəvi bildirib.

Onun fikirləri IRNA agentliyinin Şərq ədəbinə riayət etmək protokol qaydalarından kənardırmı?" başlıqlı geniş məqalədə yer alıb. Sezar pizza

Məqalə bütünlüklə Məsud Pezeşkianın İƏT (ECO) sammiti çərçivəsində Azərbaycana səfərinə həsr olunub.

Yazının mahiyyətindən belə anlaşılır ki, bəzi siyasi çevrələr, yazarlar və sisoal şəbəkə iştirakçıları Pezeşkianın bu səfətrinə mənfi yozumlar verib.

Xüsusən, Məsud Pezeşkianın Azərbaycan Prezidenti salona daxil olarkən, Şərq ədəbinə məxsus qaydada ayağa qalxmasından xoşhal olmayanlar bundan bədniyyət nəticələr çıxarıblar.

İranın Azərbaycandakı keçmiş səfiri bu məqamlara aydınlıq gətirib:

"Prezidentin Azərbaycan Respublikasında keçiriləcək İƏT-in sammitinə getməsi barədə qərar qəbul ediləndə İran səması hələ tam təhlükəsiz elan edilməmişdi. Sionist rejimlə (İsrail - red.) 12 günlük müharibədən sonra mühit hələ də gərgin və qeyri-sabit idi. Belə bir şəraitdə bir çoxları, o cümlədən mən, Prezident Aparatında və digər məşvərətçi orqanlarda çalışan bir sıra dostlarım Prezidentin (Məsud Pezeşkian - red.) Azərbaycan Respublikasına səfərinin təxirə salınmasını tövsiyyə etsələr də, yekun qərar başqa idi.

Prezident qətiyyətlə bəyan etdi ki, onun region ölkələrinin rəhbərləri arasında olması nəinki faydalı, həm də zəruridir. O bildirdi: "Bu, təkcə İranın mövqelərini ifadə etmək üçün deyil, həm də regionun gücə deyil, dialoqa ehtiyacı olduğu bir şəraitdə əlaqələri gücləndirmək üçün bir fürsətdir".

Belə də oldu və səfər baş tutdu. Müharibənin bitməsindən sonrakı ilk rəsmi səfər. Başqa sözlə desək, tüstü və dağıntıları arasından dialoqa, qarşılıqlı fəaliyyətə və diplomatiyaya doğru uçuş.

Xankəndində işarətlər əvvəldən fərqli bir səyahətdən xəbər verirdi. Ev sahibi İran prezidentini qucaq açaraq qarşıladı. Bir-birinin ardınca rəsmi görüşlər keçirilirdi. Azərbaycan prezidenti, Türkiyə prezidenti, Pakistanın baş naziri və Tacikistan prezidenti ilə. Bu görüşlərin məzmunu nəinki məhsuldar və ruhlandırıcı idi, hətta onların hamısında sionist rejimin pislənməsi qəti şəkildə qaldırıldı. İran xalqına rəğbət, regional sabitliyə dəstək və hətta ikitərəfli münasibətləri gücləndirmək təklifləri haqlı olaraq “İranın regional arenaya qayıtması” kimi şərh edilə bilən şeylərin bariz əlamətləri idi.

Ancaq bu hamısı deyildi. Ölkənin media məkanında şayiələr gəzirdi. Qeyri-rəsmi görüşün videosu yayıldı. Əsas görüşdən əvvəl yalnız çay və söhbət üçün keçirilən dost və qeyri-rəsmi görüş.

İran prezidenti aşkar təvazökarlıqla ayağa qalxaraq Azərbaycan prezidentini salamladı. Bu səhnə bəziləri üçün kontekstdənkənar mühit, yanlış təsəvvürlər və təhlillər yaratmaq üçün bəhanə oldu.

Amma bu səhnədə görünməyən hekayətin mahiyyəti idi: Prezident həmişə öz nəzakəti, təmkinliliyi, şəxsiyyətində sadəliyi ilə seçilib. Qoruyucu tövsiyələrin əksinə olsa belə. O, xarici səfərlərdə mərasim və ekspert məsləhətlərinə xüsusi həssaslıqla hörmətlə yanaşan, eyni zamanda, özünəməxsus təvazökarlığını heç vaxt rəsmi divarlar arxasında gizlətmir.

Yeri gəlmişkən, bu, sammitdə digər çərçivə görüşlərdə də özünü göstərən eyni xüsusiyyət idi. Prezidentlərin bir çox ikitərəfli görüşlərində adi mərasim adətlərindən kənara çıxan mənzərələrin şahidi olduq. Məsələn, bəzi liderlərin İran prezidentini qucaqlayıb öpməsi regionun müsəlman xalqları arasında mədəni yaxınlığı göstərir. Qonşu ölkələr mədəni və dini oxşarlıqları ilə bəzən adi diplomatik məhdudiyyətləri aşan davranışlar nümayiş etdirirlər və bu, regional siyasətimizin reallığının bir hissəsidir.

Türkiyə prezidenti cənab Ərdoğan İran prezidenti ilə görüşdə Şərq adətlərinə riayət etmək əlaməti olaraq əlini sinəsinə qoyursa, onu da protokolsuzluqda ittiham etmək lazımdırmı? Yoxsa başa düşməliyik ki, regional siyasətdə bəzən hörmət jesti on rəsmi açıqlamadan daha dəyərlidir.

Məsələ burasındadır ki, indi səfəri hədəfə alan bəzi tənqidçilər bəlkə də əvvəldən onun mahiyyətində problem yaşamışlar. Bəlkə də səfərin baş tutmamasını arzulayırdılar. Amma indi səfər başa çatdıqdan, uğurla başa çatandan və İran diplomatiyasının nüfuzunun dünyaya açıq mesajını verəndən sonra onlar marjinallaşmanı həll yolu hesab edirlər.

Amma yaddaqalan səfərin mahiyyətidir. Doğru zamanda verilən qərar, ən yüksək səviyyədə iştirak, səmimi qarşılanma, mötəbər nitq və gələcəyə hesablanmış danışıqlar. Bütün bunlar birlikdə bir həqiqəti deyir və o da budur ki, İran regional diplomatiya sahəsinə qətiyyətlə, özünə inamla və ləyaqətlə qayıdıb.

Qoy onlar öz yolu ilə getsinlər, biz də milli maraqlar yolunda öz yolumuzla gedəcəyik".

Əziz Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri