Icma.az
close
up
RU
Arxeoloqlar 2 min illik qalada insan kəlləsi tapdı: Romalılar onunla keltləri qorxudub

Arxeoloqlar 2 min illik qalada insan kəlləsi tapdı: Romalılar onunla keltləri qorxudub

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Arxeoloqlar İspaniyada yerləşən 2000 illik qalanın divarlarında insan kəlləsi aşkar ediblər. Onun tədqiqi göstərib ki, yerli bir döyüşçü Roma qoşunları tərəfindən vəhşicəsinə öldürülüb, sonra isə başı kəsilib və digərlərinə dərs olsun deyə qala divarlarına yerləşdirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science" yazır.

Qeyd olunur ki, eramızdan əvvəl I əsrdə Roma, Pireney yarımadasına nəzarəti ələ keçirmək üçün müasir Şimali İspaniya ərazisində yaşamış vəhşi kelt döyüşçüləri olan kantabrlarla dəfələrlə müharibə edib. Kantabr müharibələri (e.ə. 29-19) xüsusilə ilk Roma imperatoru Oktavian (sonradan Avqust kimi tanınan) tərəfindən aparılıb. Bu müharibələr zamanı romalılar e.ə. 25-ci ildə müasir Palensiya vilayətində yerləşən möhkəmləndirilmiş kelt şəhəri olan La Loma ("Təpə")nın mühasirəsi zamanı kantabrlara qalib gəliblər.

La Lomada keçirilən son qazıntılar zamanı arxeoloqlar uçmuş qala divarlarının içərisində bir insan kəlləsi aşkar ediblər. "Journal of Roman Archaeology" jurnalında dərc olunan araşdırmada alimlər müəyyən ediblər ki, kəllə romalıların qələbə simvoluna çevrilməzdən əvvəl vaxtından əvvəl həlak olan kelt qalasının müdafiəçisinə məxsus olub.

Maraqlısı odur ki, qala divarlarının birbaşa yaxınlığında arxeoloqlar yüzlərlə atılan sursat aşkar ediblər ki, bu da La Lomanın ömrünün son saatlarında Roma oxlarından yağan bir qasırğaya məruz qaldığını göstərir. Tədqiqatçılar yazırlar ki, yerdə zireh və silah parçaları səpələnib, ehtimal ki, kantabrlar və romalılar arasında baş vermiş əl-ələ döyüşdə zədələniblər. Qələbədən sonra Roma qoşunları divarları sökmüş, qalanı məhv etmişlər.

Qeyd olunur ki, insan kəlləsi deşilib və qalanın bir küncünə atılıb, lakin tədqiqatçıların qeyd etdiyi kimi, o, açıq şəkildə müdafiə divarlarının uçmasından sonra yaranan dağıntı qatına aiddir.

Kəllənin DNT analizi göstərib ki, o, yəqin ki, bu rayonda yaşamış kişiyə məxsusdur. Tədqiqatçılar müəyyən ediblər ki, onun təxminən 45 yaşı var idi. Onlar heç bir dəfn izi və ya skelet qalığı aşkarlamayıblar.

Kəllə sümüklərinin təbəqələşməsi, onların açıq rəngi, kəllənin parçalanmış vəziyyəti və digər sümüklərin olmamasını nəzərə alaraq, tədqiqatçılar hesab edirlər ki, o, basdırılmayıb, çaya atılıb. "Heroyika" Arxeologiya və Mədəni İrs Mərkəzinin direktoru və tədqiqatın aparıcı müəllifi Santyaqo Dominqes-Solera deyib: "Kəllə divarların sökülməsi zamanı deşilib. Bu o deməkdir ki, baş aylarla səthdə qalıb".

Tədqiqatçılar hesab edirlər ki, bu şəxs qalanı müdafiə edərkən həlak olub və romalılar bu yeri işğal edərkən onun kəsilmiş başını qəsdən divarın üstünə qoyublar.

Alimlər yazır: "Sonradan baş divarın yanına düşüb və romalılar istehkamları dağıdıb öz mövqelərini tərk etdikdə yaranan dağıntılar altında basdırılıb".

Araşdırmaya görə, Roma leqionerləri tez-tez məğlub edilmiş düşmənlərin bütün cəsədlərini və ya onların hissələrini, xüsusilə də baş və əlləri nümayiş etdirirdilər.

Tədqiqatçılar yazır: "Bu cəza tədbirləri qorxu strategiyasının bir hissəsi ola bilərdi. Bu kəsilmiş baş isə hərbi qənimət kimi xidmət edirdi".

Maraqlısı odur ki, nümayişin dəqiq şərtləri aydın deyil.

Dominqes-Solera deyib: "Biz bilmirik ki, baş necə sərgilənib. Sümük səthində, məsələn, bir nizənin ucuna taxılıb-taxılmadığını göstərə biləcək diaqnostik izlər yoxdur".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri