Icma.az
close
up
RU
Məsuliyyətli internet istifadəsinin öyrədilməsi cəmiyyətin ümumi təhlükəsizlik səviyyəsini yüksəldir

Məsuliyyətli internet istifadəsinin öyrədilməsi cəmiyyətin ümumi təhlükəsizlik səviyyəsini yüksəldir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Qanunvericilik çərçivəsində əsas diqqət uşaqları zərərli kontentdən qorumağa, onların rəqəmsal təhlükəsizlik və informasiya savadlılığını artırmağa yönəlib. Cəmiyyətdə isə azyaşlıların sosial şəbəkələrdə iştirakı ilə bağlı müxtəlif müzakirələr mövcuddur. Bəzi valideynlər və mütəxəssislər hesab edirlər ki, uşaqların təhlükəsizliyi üçün müəyyən yaş həddi tətbiq edilməlidir, məsələn, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulması məqsədəuyğun olardı. Digər tərəfdən, sosial şəbəkələrin qadağan edilməsinin praktiki nəticələrinin məhdud olacağı, əsas təhlükəsizliyin valideyn nəzarəti, təhsil və rəqəmsal savadlılıq üzərində qurulmasının daha effektiv olacağı da vurğulanır”.
Bunları Newscenter.az-a hüquqşünas Əli İbrahimov sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər qoyulması ilə bağlı zaman-zaman səslənən fikirlərə münasibət bildirərkən səsləndirib. O deyib ki, valideynlər uşaqların internet fəaliyyətini izləyə, süni intellekt əsaslı filtr və yaş təsdiqi sistemləri vasitəsilə riskləri minimuma endirə bilərlər:
“Məktəblərdə və ictimai təsisatlarda rəqəmsal təhlükəsizlik və məlumat savadlılığı üzrə təhsil proqramlarının gücləndirilməsi, uşaqların onlayn təhlükələrdən qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, internet və sosial şəbəkələrdə uşaqlar üçün zərərli kontentin yayılmasının qarşısını almaq, platformaların məsuliyyətini artırmaq, valideyn və müəllimlərin məlumatlılığını təmin etmək kimi yanaşmalar da mövcuddur. Nəticə etibarilə, Azərbaycanda sosial şəbəkələrdən istifadə üçün yaş həddi qanunla müəyyən edilməyib və uşaqlar valideyn nəzarəti ilə sosial şəbəkələrə daxil ola bilirlər. Qanun yalnız uşaqları zərərli informasiyadan qoruma prinsiplərini təmin edir və gələcəkdə yaş məhdudiyyətləri tətbiq etmək üçün qanuni təşəbbüslər mümkündür, lakin hazırda əsas qorunma mexanizmləri valideyn nəzarəti, təhsil və texnoloji vasitələrdir. Hazırkı şəraitdə valideyn və müəllimlərin rolu uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün həlledici əhəmiyyət kəsb edir, eyni zamanda rəqəmsal savadlılığın artırılması və məsuliyyətli internet istifadəsinin öyrədilməsi cəmiyyətin ümumi təhlükəsizlik səviyyəsini yüksəldir”.

Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see281

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see218

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see181

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see156

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see139

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri