Icma.az
close
up
RU
Meta Sİ reklamlarına başlayır: vasitəçilər işsiz qala bilər

Meta Sİ reklamlarına başlayır: vasitəçilər işsiz qala bilər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin sonuna qədər "Meta" şirkətlərin reklam kampaniyalarını agentliklərə, dizaynerlərə və hədəf auditoriya mütəxəssislərinə ehtiyac olmadan müstəqil şəkildə yaratmasına və başlatmasına imkan verəcək inqilabi süni intellekt (Sİ) alətlərini işə salacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

"Meta"nın yeni Sİ sistemi bütün reklam məzmununu – şəkillər, mətnlər və videolar – yaradacaq, habelə avtomatik şəkildə hədəf auditoriyanı seçəcək. Burada büdcə, coğrafi yerləşmə və istifadəçilərin maraqları nəzərə alınacaq.

“Bu, reklam anlayışını kökündən dəyişir”, – deyə "Meta"nın rəhbəri Mark Zukerberq bildirib.

Əvvəllər kampaniyaya başlamaq üçün agentlikdən kreativ sifariş etmək, analitika üçün ödəniş etmək və A/B testləri aparmaq lazım idisə, indi bütün bunları "Meta"nın süni intellekti avtomatik rejimdə həyata keçirəcək. Sİ yalnız banner və ya video çarx yaratmaqla kifayətlənməyəcək, eyni zamanda onu kimə, nə vaxt və harada göstərməyin daha uyğun olduğuna özü qərar verəcək.

"Meta" bunu reklamı demokratikləşdirməyin bir yolu kimi təqdim edir, xüsusən də peşəkar marketinqə vəsait ayıra bilməyən kiçik bizneslər üçün.

Xəbərin yayımlandığı andan etibarən dünyanın ən böyük reklam holdinqlərinin – "WPP", "Publicis" və "Havas" – səhm dəyərləri 3–4% azalıb. İnvestorlar ciddi şəkildə narahatdırlar ki, "Meta"nın süni intellekti ənənəvi agentlikləri bazardan sıxışdıra bilər.

Reklam sənayesinin bir nümayəndəsi "WSJ"yə: “Əgər "Meta" bunu geniş miqyasda həyata keçirə bilsə, bu, reklam biznesinə son onilliklərin ən güclü zərbəsi olacaq”, - deyə bildirib.

"Meta" artıq öz süni intellekt infrastrukturunun – məlumat mərkəzləri, sürətləndiricilər və modellərin təlimi daxil olmaqla – inkişafına 72 milyard dollara qədər sərmayə yatırır. Məqsəd – hər hansı bir agentlikdən daha sürətli, ucuz və dəqiq işləyən tamavtomatlaşdırılmış reklam ekosistemi yaratmaqdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri