Meta şirkəti tərəfindən bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim keçirilib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Meta" şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə İctimai Siyasət müdiri Naz Değirmenci və İctimai Tərəfdaşlıq müdiri Burak Karagöl ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) rəhbərliyinin görüşü olub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş çərçivəsində yeni əməkdaşlıq imkanları, sosial media platformalarının təhlükəsizliyi və platforma üzrə ölkədə baş verən aktual kibertəhdidlərə qarşı mübarizə istiqamətində müzakirələr aparılıb.
Bununla yanaşı, ETX-nin təşkilatçılığı ilə "Meta" nümayəndələri tərəfindən ADA Universitetində bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim təşkil edilib. Təlimin açılışında ETX-nin rəisi Samir Rəsulov sosial media platformalarında təhlükəsizliyin vacibliyini qeyd edərək bu istiqamətdə atılacaq addımların əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, təlimdə Azərbaycanda "Meta" şirkətinin "Facebook", "Instagram" və "WhatsApp" tətbiqləri üzrə istifadəçilərin üzləşdiyi problemlər, məzmun mübadiləsində performansı yaxşılaşdırmaq üçün məsləhətlər, sponsorlu yazıların dərc edilməsi və onun təsirinin ölçülməsi, rəqəmsal təhlükəsizlik və məlumat mühafizəsi ilə bağlı məsələlər müzakirə edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 14 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















