Icma.az
close
up
RU
Metabolizmanı sürətləndirən və toxluq hissini artıran YENİ PƏHRİZ ARAŞDIRMA

Metabolizmanı sürətləndirən və toxluq hissini artıran YENİ PƏHRİZ ARAŞDIRMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Alimlər metabolizmanı sürətləndirən və toxluq hissini artıran pəhriz növü aşkar ediblər.
Bizim.Media xəbər verir ki, yeni araşdırma göstərib ki, bəzi karbohidratların məhdudlaşdırılması bağırsağın fəaliyyətini yaxşılaşdıra bilər.
Uzun illərdir istifadə edilən və “aşağı FODMAP” pəhrizi adlanan bu üsul həssas bağırsaq sindromu (HBS) zamanı effektiv sayılır, çünki həzm sisteminə düşən yükü azaldır. İndi isə Norveç alimləri müəyyən ediblər ki, bu pəhriz həmçinin qan şəkərinin səviyyəsini və iştahı tənzimləməyə, eləcə də bağırsağın ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.
FODMAP nazik bağırsaqda yaxşı mənimsənilməyən qısa zəncirli karbohidratlar qrupudur.
Onlara soğan, sarımsaq, makaron, alma və nektarin daxildir. Bu qidalar şişkinlik, qaz və qarın ağrısı yarada bilər. Pəhriz bu məhsulları azaltmağı və onları “aşağı FODMAP” alternativləri ilə əvəz etməyi nəzərdə tutur: badımcan, balqabaq, kartof, kivi, portağal, yumurta, tofu və dəniz məhsulları.
Haukeland Universitetinin Xəstəxanasında aparılan araşdırmaya qarışıq tip HBS olan 30 yetkin xəstə cəlb olunub. Üç ay boyunca könüllülər diyetoloq nəzarətində ciddi pəhriz saxlayıblar.
Nəticədə simptomlarda əhəmiyyətli azalma müşahidə olunub: qarın ağrısı, şişkinlik və ishal azalıb. Alimlər həmçinin GLP-1 hormonunun səviyyəsinin artdığını qeyd ediblər ki, bu hormon qan şəkərinin nəzarətində iştirak edir və toxluq hissini artırır.
Tədqiqat müəllifləri qeyd edirlər ki, araşdırma kiçik miqyaslı olub və yalnız HBS xəstələrini əhatə edib, buna görə nəticələrin təsdiqi üçün daha geniş miqyaslı tədqiqatlar tələb olunur.
Qeyd edək ki, həssas bağırsaq sindromu dünya üzrə hər iyirmi nəfərdən birində rast gəlinir və güclü ağrı, şişkinlik, ishal və qəbizliklə müşayiət olunur, həyat keyfiyyətinə və sosial fəaliyyətə əhəmiyyətli dərəcədə mənfi təsir edir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Avqust 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri