Icma.az
close
up
RU
Metabolizmi sürətləndiririk və arıqlayırıq

Metabolizmi sürətləndiririk və arıqlayırıq

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orqanizmə daxil olan qidanın enerjiyə çevrilməsi prosesi "metabolizm" adlandırılır.

Bu enerji orqanizmin normal fəaliyyəti üçün lazımdır. Metabolizmin sürətindən insanın bədən çəkisi asılıdır. Bəzən insanlar şikayət edir ki, az qida qəbul edir, lakin buna baxmayaraq çəkisini azalda bilmirlər və ya əksinə kökəlirlər. Bunun səbəbi metabolizmdir.

Metabolizmin sürətinə bu kimi amillər təsir edir:

- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir çox üzvləri çox yeyir və buna baxmayaraq kökəlmirlər. Bu mübadilə proseslərin xüsusiyyətidir.

- İnsanın cinsi. Əzələ kütləsi hətta dinc vəziyyətdə piy kütləsindən çox enerji sərf edir. Kişilərdə adətən əzələ kütləsi qadınlarla müqayisədə daha çox olur və bu səbəbdən də kişilərdə metabolizm da qadınlarla müqayisədə daha sürətlidir.

- İnsanın yaşı. İnsan yaşa dolduqca metabolizm tədricən sürətini azaldır. Bu prosess 40 yaşında sonra başlayır.

- Fiziki aktivlik. İstənilən fiziki aktivlik metabolizmi sürətləndirir və kalorilərin daha tez "yanmasına" kömək edir.

- Bəzi xəstəliklər zamanı metabolizm sürətlənir və ya əksinə ləngiyir. Bu ilk növbədə qalxanvari vəzi xəstəlikləri zamanı baş verir. Bu xəstəliklər zamanı insan xüsusi müalicə almalıdır.

Təbii ki, insan öz cinsini, yaşını və irsiyyətini dəyişə bilməz. Lakin  bəzi sadə vasitələr var ki, bu vasitələrin köməyi ilə metabolizmi yaxşılaşdırmaq, sürətləndirmək mümkündür.

1. Çoxlu su için. Su orqanizmdə gedən bütün biokimyəvi proseslərində iştirak edir və mübadilə proseslərində əsas rollardan birini oynayır. Su orqanizmə lazım olandan az daxil olunduqda, metabolizm ləngiməyə başlayır. Nəzərinizə çatdıraq ki, burada söhbət məhz sudan gedir, çay, qəhvə, qazlı sulardan yox. Bu içkilərə kofein maddəsi daxildir. Kofein isə orqanizmin susuzlaşmasına səbəb olur.

Gün ərzində tez-tez və az miqdarlarda su için (təxminən hər dəfə 100 ml).  Qida qəbulundan 10 dəqiqə əvvəl 1/2-1 stəkan təmiz ev temperaturunda olan su için. Bu metabolizmi sürətləndirəcək, digər tərəfdən siz daha az qida qəbul edəcəksiniz.

2. Gün ərzində 5-6 dəfə qida qəbul edin. Əgər insan qida qəbulları arasında uzun fasilələr verirsə, orqanizmdə qoruyucu mexanizm işə salınır - aclıqdan "qorxaraq"  orqanizm metabolizmin sürətini azaldır və ehtiyat kaloriləri yığmağa başlayır.

3. Zülallarla zəngin olan qidaların qəbuluna fikir verin. Zülallar orqanizm tərəfindən yağlar və karbohidratlarla müqayisədə daha gec həzm olunur və bu səbəbdən insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bundan əlavə zülallar metabolizmi sürətləndirir ki, zülalın həzm olunmasına daha çox enerji tələb olunur.

Digər tərəfdən zülalların lazımi qədər qəbulu əzələ toxumasının "tikilməsinə" və saxlanılmasına kömək edir. Əzələ toxuması isə, bildiyimiz kimi, daha çox kalorilər yandırır.

4. Səhər qida qəbulu çox vacibdir. Səhər yeməyi mübadilə proseləri sürətləndirir. Mütəxəssislərin fikirinə görə, səhər yeməyi üçün ən yaxşı seçim yumurtadır (bişmiş, omlet şəklində və s.). Bundan əlavə səhər yeməyinizə sıyıq (xüsusilə yulaf yarması - "herkules"), pendir, kəsmik, tərəvəz salatı əlavə edə bilərsiniz.

5. Bəzi maddələr və qidalar metabolizmi sürətləndirir.

Sitrus meyvələrin tərkibində olan limon turşusu mübadilə prosesləri sürətləndirir. Səhhətiniz buna yol verirsə, qidalanmanıza daha tez-tez sitrus meyvələri daxil edin.

Bundan əlavə darçın, karri, zəncəfil, istiot, yoqurt, kefir, qarpız, alma, çuğundur, badam, yulaf yarması, balıq da metabolizmi sürətləndirir.

Şirniyyatlar isə əksinə metabolizmi ləngidir və çəkinin artmasına səbəb olur.

6. Fiziki məşğələlərin köməyi ilə əzələ toxumasını artırın. Əzələ toxuması hətta dinc  vəziyyətdə daha çox kalori sərf edir.

7. Normal gecə yuxusu çox vacibdir. Gecə 8 saat yatan insanlarlarda metabolizm daha sürətli olur. Digər tərəfdən az yatan insanın orqanizmində aclıq hormonun "qrelin"in səviyyəsi daha yüksək olur ki, nəticədə insan daha çox qida qəbul edir.

ABŞ mütəxəssisləri belə bir eksperiment aparıblar. Pəhrizdə oturan bir qrup insanlar 6 saat, digər qrup isə 8 saat yatırdı. 8 saat yatan insanlar daha sürətli arıqlayırdı.

Yatmazdan əvvəl karbohidratlarla zəngin olan qidaları qəbul etməyin. Bu metabolizmin ləngiməsinə səbəb olacaq. 1 stəkan yoqurt  və ya qatıq, yüngül tərəvəz salatı seçin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see348

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see304

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see303

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see294

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see245

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see240

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see240

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see234

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see220

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see214

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see210

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see208

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see208

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see205

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see204

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see204

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see201

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri