Mətanətlə Almaz qorxaqdır, pulu yolda qucaqlayıb gətirərlər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Nadir Qafarzadə efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi qatıldığı televiziya proqramında həmkarları ilə bağlı etdiyi zarafatcıl açıqlamalarla marağa səbəb olub. Veriliş zamanı aparıcı Afaq Gəncəli ona maraqlı sual ünvanlayıb.
Sualda bildirilib ki, böyük məbləğdə pul əmanət olaraq kimə daha rahat etibar edilə bilər - Almaz Ələsgərli, Mətanət İsgəndərli, yoxsa Elza Seyidcahana?
Nadir Qafarzadə cavabında Elza Seyidcahanın pulu xərcləməyi sevdiyini deyərək zarafat edib. O, digər həmkarları barədə də fikirlərini bölüşərək onların daha ehtiyatlı davrandığını bildirib:
"Elza pulu xərcləyəcək. Məndən inciyəcək, amma sözdür dedim. Elza Seyidcahan xərcləməyi xoşlayır. Mətanət İsgəndərli qorxaqdır, pulu yolda qucaqlayıb gətirər. Almaz Ələsgərli də eyni.".
Studiyada yaşanan bu dialoq sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Baxış sayı:145
Bu xəbər 26 May 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















