Icma.az
close
up
RU
Mətbuat katibi: Mərkəzi Parkın genişləndirilməsində məqsəd şəhər sakinləri üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkan formalaşdırmaqdır

Mətbuat katibi: Mərkəzi Parkın genişləndirilməsində məqsəd şəhər sakinləri üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkan formalaşdırmaqdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 7 avqust, AZƏRTAC

Bakı şəhərində tarixi və mədəni irsin qorunması, mənzil fondunun və infrastrukturun yenilənməsi, ictimai məkanların və yaşıllıq sahələrinin yaradılması, həmçinin ekoloji dayanıqlığın təmin olunması 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş planın əsas inkişaf hədəflərindəndir.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, bu məqsədlə Mərkəzi Parkın genişləndirilməsi layihəsinə start verilir: "Bildiyiniz kimi, indiyədək parkın 36 hektarlıq ərazisi ictimaiyyətin istifadəsinə verilib. Növbəti mərhələdə isə əlavə olaraq təxminən 21 hektar ərazinin yenidən qurulması və layihələndirilməsi nəzərdə tutulur".

Mətbuat katibi bildirib ki, ərazinin iqlim şəraiti, florası və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla burada geniş yaşıllıq zolaqları, süni göl, idman və mədəni tədbir zonaları, uşaqlar üçün oyun meydançaları, həmçinin qapalı avtomobil dayanacağı yaradılacaq.

"Məqsəd bu hissədə də şəhər sakinləri üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkan formalaşdırmaqdır. Uzun illərdir bu ərazidəki infrastruktur köhnəlmiş və sıradan çıxmış vəziyyətdə idi. Yeni layihə çərçivəsində həmin infrastruktur da tamamilə yenidən qurulacaq.

Vurğulamaq istərdim ki, Baş plana əsasən Təzəpir məscidi ətrafındakı tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq. Bu ərazidə həm dövlətin xüsusi mühafizəsində olan tarixi abidələr, həm də abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar yerləşir. Layihə çərçivəsində həmin tikililərin bərpası və ümumi konsepsiyaya inteqrasiyası da nəzərdə tutulur", - deyə o əlavə edib.

Qeyd olunub ki, layihənin icrasında əsas məqsəd Bakı şəhərini Baş plan və müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə daha yaşıl, mobil, insanyönümlü məkana çevirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri