Icma.az
close
up
RU
Mətbuat katibi: Reabilitasiya mərkəzləri həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir AZƏRTAC

Mətbuat katibi: Reabilitasiya mərkəzləri həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 yanvar, AZƏRTAC

2017-ci ildə yaradılmış Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi dörd əsas istiqamətdə fəaliyyət göstərən şöbədən ibarətdir. Hər bir şöbə müxtəlif yaş qruplarına və kontingentlərə uyğun xidmətlər təqdim edir. Ötən il ərzində bu müəssisədə 215 nəfərə xidmət göstərilib. Hazırda isə müəssisədə 70-dən çox sakin sosial reabilitasiya prosesinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Murad Həşimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində həssas qruplara xidmət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin fəaliyyəti ilə tanışlıq həyata keçirilir: “Mediaturun əsas məqsədi müəssisənin iş prinsipi, burada yaşayan sakinlərin gündəlik həyatı və onların sosial reabilitasiyası ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Müəssisənin əsas məqsədi sakinlərin sosial reabilitasiyasını təmin etmək və onların cəmiyyətə inteqrasiyasını həyata keçirməkdir. Bununla yanaşı, sakinlərin əmək bacarıqlarına yiyələnməsi və əmək bazarına daxil olması üçün xüsusi inteqrasiya tədbirləri də həyata keçirilir. Müəssisədən ayrıldıqdan sonra sakinlərin müstəqil həyata hazırlanmaları üçün hərtərəfli dəstək proqramları tətbiq edilir.

Sosial müdafiə sahəsində bu cür reabilitasiya mərkəzləri həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsi və onların gələcəkdə daha uğurlu bir həyata başlamaları üçün mühüm əhəmiyyət kəsb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri