Uruqvaylı nazir: Kiçik fermer təsərrüfatlarının dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Kənd təsərrüfatında yeni çağırışlara cavab olaraq, COP29-da torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi, dayanıqlı və innovativ təsərrüfatçılıq ənənələri mövzularında müzakirələr aparılacaq. Düşünürəm ki, müzakirələr hər bir ölkənin bu sahədə fəaliyyətinə daha səmərəli yol açacaq.
AZƏRTAC xəbər verir ki, bunu Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli nazirlər görüşündə çıxışı zamanı deyib.
Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir onlara dəstəyin zəruri olduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















