Icma.az
close
up
RU
Mətbuat səhvlərinə görə həmişə günahkardır, amma... Baş redaktor

Mətbuat səhvlərinə görə həmişə günahkardır, amma... Baş redaktor

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Aktyor Azər Baxşəliyevlə bağlı yayılan xəbər doğrudan da narahatlıq doğuran mənzərədir. Əvvəla, aktyorumuza Allahdan rəhmət diləyirəm.  İşin xəbər tərəfinə gəlincə, qeyd edim ki, mənzərə çox üzücüdür”.

Bu barədə Bakıvaxtı.az-a Əməkdar jurnalist,  Pressklub.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib.
Baş yazar qeyd edib ki, bu məsələ sosial şəbəkələr və peşəkar medianın iş üslublarının toqquşduğu an idi:
“Biz bunu neçə vaxtdır müşahidə edirdik, bu barədə danışırdıq, deyirdik. Sağ olun ki, bunu mövzu halına gətirmsiniz və müzakirəyə çıxarmısınız. Qanunvericilik, media kodeksi və peşəkarlıq standartları çərçivəsində işləyən media strukturu bu cür xəbərlərə münasibətdə sosial şəbəkələrdən asılı qalmamalıdır. Doğrudur, sosial şəbəkələr peşəkar media üçün informasiya mənbəyi rolunu oynaya bilər, lakin bu məlumatı dəqiqləşdirmək üçün tələb olunan instansiyalardan keçilməli idi. Görünür ki, sosial şəbəkələrdə yazılanları həqiqət kimi qəbul etmək və yaxud onu diqqətdən kənarda saxlamamaq günümüzün reallığıdır". 

Müsahibimiz bildirib ki, sosial şəbəkələrdə belə bir xəbər paylaşılıb və bu xəbərin özü artıq faktdır. Dediyinə görə, aktyorun vəfatı faktı ortada olmasa da, onun vəfatı ilə bağlı yayılmış xəbəri ilkin fakt hesab edirlər:

"Bu xəbəri sosial şəbəkədən götürüb, yayırlar, təkzib olunanda da yazırlar ki, xəbər təsdiqini tapmadı. Şübhəsiz, peşəkar mediaya yaraşmayan haldır. Bu, təxminən küçədə eşitdiyin söhbəti, sözü gəlib sayt, qəzet və televiziyada informasiyaya çevirib, auditoriyaya yönləndirməklə eynidir. Onunla eyni haldır. Sosial şəbəkə neqativ mənada deyil, sosial mənada bir küçədir.  Orada insanlar fikirlərini bölüşürlər, eşitdikləri barədə yazırlar, yazmağa da haqları var, lakin biz onu oxucuya təsdiqlənmiş xəbər kimi çatdırmazdan əvvəl, tələb olunan instansiyalardan keçməliyik. Cavabdeh mənbədən dəqiqləşdirməliyik, haqqında, xəbər gedən insanın ailəsindən, onun yerləşdiyi xəstəxanadan, səhiyyə strukturunun hansısa instansiyasından bunu dəqiqləşdirməliyik. Bax bundan sonra xəbəri auditoriyaya ünvanlamalıyıq”.

Qabil Abbasoğlu: Sosial şəbəkə neqativ mənada deyil, sosial mənada bir küçədir

Q.Abbasoğlu onu da diqqətə çatdırıb ki, bu sayaq məsələlərdə müqəssir axtarmaq asan işdir, Azərbaycanda isə bu daha asandır:
“Bir hadisə baş verən kimi medianı günahkar göstərirlər. Amma sual budur ki, media niyə bu səviyyəyə gəlib çatıb? Bu sualın da cavabını araşdırmaq lazımdır. Bəs bunun müqəssiri kimdir? Mənə elə gəlir ki, üzərində daha çox baş sındırılmalı məsələ məhz budur. Mətbuat səhvlərinə görə həmişə günahkardır, müqəssirdir və cəmiyyətdə bu cür neqativ vəziyyətlər yaranandan sonra mediya etimadsızlıq yaranır. Bu məsələdə mətbuatı günahkar hesab etmək olar, lakin niyə mətbuat bu səviyyəyə gəlib çatıb? Bu sual ətrafında düşünsək, onda müəqəssir tamam başqa ünvanda axtarılmalıdır”.
Qeyd edək ki, aktyor Azər Baxşəliyev müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə  onun yaxınları məlumat verib.
Aktyor evindən son mənzilə yola salınacaq.
Məlumat üçün bildirək ki, aktyor uzun müddət idi böyrək çatışmazlığından əziyyət çəkirdi. Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən aktyorun ölüm xəbəri yayılsa da, daha sonra Azər Baxşəliyevin reanimasiyaya yerləşdirildiyi və süni tənəffüs aparatına qoşulduğu açıqlanmışdı.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri