Mətbuat Şurası ilə Qlobal Jurnalistlər Birliyi arasında əməkdaşlıq protokolu imzalandı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə və Azərbaycan mediası arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli addım atılıb. Belə ki, Qlobal Jurnalistlər Birliyi (QJB) ilə Azərbaycan Mətbuat Şurası (MŞ) arasında əməkdaşlıq protokolu imzalanıb.
Modern.az xəbər verir ki, sözügedən sənədin məqsədi iki qardaş ölkənin media qurumları və jurnalistləri arasında qarşılıqlı iş birliyini gücləndirmək, peşəkar təcrübə mübadiləsini təşviq etmək və ortaq media layihələrinin həyata keçirilməsinə şərait yaratmaqdır.
Protokola əsasən, tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq etməyi razılaşdırıblar. Bunlara media təhsili və peşəkar inkişaf proqramlarının təşkili, jurnalist mübadiləsi və ortaq təlimlərin keçirilməsi, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin reallaşdırılması daxildir. Həmçinin qarşılıqlı səfərlərin, forum və konfransların təşkili, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas istiqamətləri sırasındadır.
Sənədi Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar. Protokol imzalandığı tarixdən etibarən qüvvəyə minib.
Bu təşəbbüs iki ölkə arasında media əməkdaşlığının institusional əsasda inkişafına, həmçinin regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksəlməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















